Modern.az

Türkiyə 10 səfiri ölkədən ÇIXARIR

Türkiyə 10 səfiri ölkədən ÇIXARIR

Dünya

23 Oktyabr 2021, 19:06

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xarici İşlər Nazirliyinə 10 ölkənin səfirlərini “persona non grata” elan etməyi tapşırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ərdoğan Eskişehirdə çıxışı zamanı məlumat verib.

 

Qeyd olunan ölkələr ABŞ, Kanada, Fransa, Finlandiya, Danimarka, Almaniya, Niderland, Yeni Zelandiya, Norveç və İsveçdir. Bu ölkələr bir müddət əvvəl 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhddə təqsirləndirilən Osman Kavalanın həbsdən azad edilməsi ilə bağlı ortaq bəyanat yaymışdılar. Bəyanat 10 ölkənin səfirliyi tərəfindən sosial media hesablarında da yerləşdirilmişdi.

 

“Yatırlar, qalxırlar, Kavala, Kavala... Kavala Sorosun Türkiyə şöbəsidir. Onun üçün 10 səfir  Xarici İşlər Nazirliyinə gəlir. Bu nə tərbiyəsizlikdir? Bura Türkiyədir, Türkiyə. Bura düşündüyünüz kimi bir tayfa dövləti deyil. Bura şanlı Türkiyədir. Burada durub Xarici İşlər Nazirliyinə gedib göstəriş vermək olmaz”, - deyə Ərdoğan qeyd edib..

 

Türkiyə Xarici İşlər Nazirliyi səfirləri çağıraraq onlara Vyana Konvensiyasına riayət edilməsinin zəruriliyini xatırladıb.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır