Modern.az

Pikassonun 11 əsəri 110 milyon dollara satıldı - FOTOLAR

Pikassonun 11 əsəri 110 milyon dollara satıldı - FOTOLAR

Mədəni̇yyət

25 Oktyabr 2021, 00:38

ABŞ-ın Las-Veqas şəhərində keçirilən hərracda Pablo Pikassonun 11 əsəri 110 milyon dollara satılıb.

 

Modern.az xəbər verir ki, əsərlər 20 ildən artıqdır “Bellaqio” hotelində nümayiş etdirilirdi.

 

Əsərlərdən doqquzu rəsm və iki keramika idi. Hərracda ən yüksək qiymət “Qırmızı papaqlı qadın” əsərinə verilib.

 

Pikassonun 1938-ci ildə ilhamvericisi kimi təsvir etdiyi Mari-Tereza Uolter rəsm əsəri 40,5 milyon dollara satılıb.

 

1973-cü ildə vəfat edən ispan rəssamın 11 əsərinin ən qədimi ilə ən yenisi arasında təxminən 50 il var.

 

Pikassonun daha bir şah əsəri olan “Kişi və uşaq” isə 24,4 milyon dollara satılıb.

 

1942-ci ildə Parisin nasist işğalı altında olduğu dövrdə Pikasso tərəfindən çəkilmiş Meyvə və Çiçəklərlə Natürmort Səbəti 16,6 milyon dollara alınıb.

 

Hərraca çıxarılan kolleksiya 20 il əvvəl “Bellaqio” hotelinin sahibi, ABŞ-ın kazino maqnatı Steve Uinn tərəfindən hazırlanıb. Əsərləri alan şəxslərin adları açıqlanmayıb.

 

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır