Modern.az

Xüsusi təhsil müəssisələrinə müəllimlər seçilir

Xüsusi təhsil müəssisələrinə müəllimlər seçilir

26 Oktyabr 2021, 17:02

Xüsusi təhsil müəssisələrinə işə qəbul üzrə müsahibə mərhələsi keçirilib.

 

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, xüsusi təhsil müəssisələri üzrə işə qəbul üçün vakansiyalara müraciət edən namizədlərin məlumatları emal edildikdən sonra onlardan 44 namizəd seçilərək müsahibə mərhələsinə dəvət olunub.

 

Xüsusi təhsil müəssisələrinə müəllimlərin seçimi zamanı namizədlərin biliyi və metodiki hazırlığı ilə yanaşı, şagirdlərlə işləmək qabiliyyəti, həssaslığı və məsuliyyəti yoxlanılıb.

 

Qeyd edək ki, müsabiqədə iştirak edən və uğur qazanmayan namizədlərin əlavə yerləşdirmə mərhələsində iştirakına məhdudiyyət qoyulmayacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir