Modern.az

"Şərq" 25 yaşını qeyd etməyə hazırlaşır - FOTOLAR

Media

26 Oktyabr 2021, 20:13

Bu il noyabrın 1-də ölkənin ən uzunömürlü qəzeti olan "Şərq"in 25 yaşı tamam olur.  Azərbaycan mətbuatında öz dəst-xətti ilə seçilən "Şərq" bir çox tanınmış jurnalistin yetişməsində, peşəkarlaşmasında böyük rola malikdir. Bir çox həmkarımız ilk qələm təcrübəsinə "Şərq"də yiyələnib.

 

"Şərq" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Akif Aşırlı Modern.az saytına deyib ki, 1996-cı il noyabrın 1-dən kiçik formatda, həftədə bir dəfə işıq üzü görən "Şərq" heç vaxt çapını dayandırmayıb. 2002-ci ildən başlayan gündəlik nəşrini bu gün də rəngli formatda davam etdirir. Qəzetin eyniadlı saytı və "Şərq TV" yutub kanalı da fəaliyyət göstərir. Bugünədək "Şərq"in 5500 sayı çap olunub.

 

25 il ərzində "Şərq"də 180-dən çox jurnalist, texniki heyət çalışıb, bu gün isə 17 nəfər peşə fəaliyyətini davam etdirir.

 

A.Aşırlı deyib ki, "Şərq" qəzetini müstəqilliyin bərpasının 30 illiyinin 25 ilinin salnaməsi də adlandırmaq olar.

 

Həmkarlarımızı təbrik edir, yeni yaradıcılıq nailiyyətləri arzulayırıq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır