Modern.az

Ermənilər də Zəngəzur dəhlizinin açılmasını istəyir - İDDİA

Ermənilər də Zəngəzur dəhlizinin açılmasını istəyir - İDDİA

Qərbi Azərbaycan

27 Oktyabr 2021, 13:42

“Zəngəzur dəhlizi əslində Qafqazı şəkilləndirən geosiyasi əhəmiyyəti çox böyük olan bir layihədir. Bu dəhliz Türkiyə üçün də çox əhəmiyyətlidir. Bununla Mərkəzi Asiyaya qədər maneəsiz yol əldə edəcək. Həmçinin başqa qonşu ölkələr arasında əlaqələr inkşaf edəcək”.

 

Bu sözləri Modern.az-a açıqlamasında təhlükəsizlik və terrorla mübarizə üzrə türkiyəli mütəxəssis İmbat Muğlu deyib.

Ekspert Türkiyə və Ermənistan arasındakı əlaqələrə də toxunub. Onun fikrincə, Zəngəzur dəhlizinin açılması ilə iki ölkə arasında münasibətlər normallaşa bilər.

 

“Bu dəhliz açıldıqdan sonra Ermənistanın Türkiyə ilə münasibətləri normala dönəcək. Bu, Ermənistan üçün böyük bir şansdır. Çünki bura Ermənistanın Qərbə açılan qapısı olacaq. Artıq normal şərtlər altında İrana bel bağlamamış olacaq. Ermənistanda yoxsulluq, işsizlik bu yolla öz həllini tapacaq. Əslində bizim qədər də erməni xalqı dəhlizin açılmasını istəyir. Mətbuatdan aldığımız məlumata görə, bu mövzudan olduqca məmnundular. Ona görə də bu, Ermənistanın çıxış nöqtəsidir”.

 

İmbat Muğlu İranın Zəngəzur dəhlizinin açılmasından narahat olduğunu da əlavə edib.

 

“Təbii ki, bu əlaqələrdən narahat olan ölkələr də var. Bunlardan biri də İrandır. Əslində bu münasibətlərin qurulmamasını uzatmaq üçün müxtəlif işlər görür. Bu dəhliz və əlaqələr sadəcə iki ölkə üçün yox, Qafqazı Qərbə açan bir yol olacaq”,- deyə ekspert bildirib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar