Modern.az

Paşinyan Zəngəzur dəhlizindən danışdı: “Ermənistan bu ideyanı tam DƏSTƏKLƏYİR”

Paşinyan Zəngəzur dəhlizindən danışdı: “Ermənistan bu ideyanı tam DƏSTƏKLƏYİR”

Qərbi Azərbaycan

28 Oktyabr 2021, 09:24

“Dəhliz məntiqi ilə aparılan danışıqlar regionda düşmən və gərginlik atmosferini daha da dərinləşdirir”.

 

Modern.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan parlamentin ötən gün keçirilən iclasında deyib.

 

Paşinyan xatırladıb ki,  2020-ci ildə imzalanmış üçtərəfli bəyanat regionda kommunikasiyaların açılmasını dəstəkləyir:

 

“Ermənistan bu ideyanı tam dəstəkləyir. Bu məsələnin həlli regionda sülh və təhlükəsizliyin təmin olunması ilə bağlı müəyyən yollar yaradacaq. İrəvan məsələyə məhz bu nöqteyi-nəzərdən və bu anlayışla yanaşır”.

 

O qeyd edib ki, həmçinin hazırda yük daşınması ilə bağlı marşrutlar müzakirə edilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü