Arxiv
28 Oktyabr 2021, 15:35 | AKTUAL
Bu tarix birlikdə yazılır!

"2021-ci il 26 oktyabr tarixində Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində birgə iştirakı birliyin gücünün növbəti dəfə nümayişidir. Bu onu göstərir ki, Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır. Füzuli Beynəlxalq Hava Limanının inşası cəmi səkkiz ay davam etdi. Səkkiz ay ərzində beynəlxalq hava limanı inşa edildi. Bu hava limanının inşasında Azərbaycan və Türkiyə şirkətləri iştirak ediblər. Bütün işlərdə, o cümlədən işğaldan azad edilən torpaqlarda gedən quruculuq, bərpa içlərində də iki ölkə çiyin-çiyinə bir yerdə fəaliyyət göstərir. Yəni, bu Azərbaycan və Türkiyə dostluğunun, qardaşlığının birgə uğurudur".

 

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

 

Deputat açıqlamasında bildirib ki, Şuşada və Zəngilanda rəsmi mərasimlərin keçirilməsi, Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səslənməsi tarixi hadisələrdir:

 

"Bu tarix birlikdə yazılır. Necə ki, bütün müharibə dövrü ərzində birlikdə idik, bu gün də bir yerdəyik. Xüsusilə qeyd etməliyik ki, İkinci Qarabağ savaşının ilk saatlarından son dəqiqələrinə qədər Türkiyə Azərbaycanın yanında olmuşdur. Müharibənin ilk saatlarında Türkiyə bəyan etdi ki, Azərbaycan tək deyil və Türkiyə Azərbaycanın yanındadır. Bu addım Azərbaycan üçün çox böyük siyasi və mənəvi dəstək, əlavə güc verdi. Bu gün regional işlərdə, hətta dünya miqyasında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib".

 

"Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri dünyaya mühüm siyasi mesajdır" , - deyən deputat T. Cəfərova bildirib ki, hər bir azərbaycanlı  Türkiyənin dəstəyini yüksək qiymətləndirir:

 

"Bu səfərlər əsl qardaşlıq və dostluq nümunəsidir. Bu, həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm də bütün dünyaya bir mesajdır ki, biz bir yerdəyik, bizim birliyimiz sarsılmazdır və əbədidir.

 

Oktyabr ayının 26-da təməli qoyulan Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolununun əhəmiyyətini vurğulayan millət vəkili qeyd edib ki, Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək. Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır və bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir. Cari ilin 26 oktyabr tarixində təməli qoyulmuş avtomobil yolu da Zəngəzur dəhlizinin bir hissəsidir. Avtomobil yolunun və dəmir yolunun çəkilişi nəticəsində ölkələrimiz istəklərinə nail olacaq. 

 

Türkiyə ilə Azərbaycanın birgə gücü daha da təsirli olacaq. Azərbaycanın azad edilmiş torpaqlarında fəaliyyət göstərən bir çox Türkiyə şirkətləri yorulmadan çalışırlar. Türkiyə şirkətlərinin səyləri nəticəsində bu gün bu bölgədə yollar salınır, dəmir yolları çəkilir, tunellər tikilir, infrastruktur layihələri gerçəkləşir. Bu, bir daha bizim birliyimizin, qardaşlığımızın təcəssümüdür. Bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək, xalqlarımız bir-birinə daha da yaxın olacaq, dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dindarlar niyə qalstuk taxmır? 30 Noyabr 2021, 15:09 Rüsumsuz gətirilən malların limiti azaldılıb? 30 Noyabr 2021, 15:04 Havanın kəskin dəyişməsinin  SƏBƏBLƏRİ 30 Noyabr 2021, 15:00 Çavuşoğlu ATƏT-in iclasına gedəcək 30 Noyabr 2021, 14:55 “Omricon”dan qorunmaq üçün III doza ÇAĞIRIŞI 30 Noyabr 2021, 14:50 Bank kartlarından pul OĞURLADILAR 30 Noyabr 2021, 14:45 Bu il əlillik təyin edilən şəxslərin SAYI 30 Noyabr 2021, 14:40 Müəllimlərin dərs saatı bölgüsündə NARAZILIQ 30 Noyabr 2021, 14:35 Magistraturaya hazırlaşanlar üçün sınaq İMTAHANI 30 Noyabr 2021, 14:30 Cahit Bağçı Azərbaycana başsağlığı verdi 30 Noyabr 2021, 14:26 73 mülki şəxs minaya düşüb - 24 nəfər ölüb 30 Noyabr 2021, 14:23 Türkiyə Azərbaycana başsağlığı verdi 30 Noyabr 2021, 14:20 Yeni Avrasiya kiminlə və necə qurulur? - TƏHLİL 30 Noyabr 2021, 14:14 Prezident pakistanlı naziri qəbul etdi 30 Noyabr 2021, 14:08 Aşqabad zirvəsi 30 Noyabr 2021, 14:05 3 avtobus sürücüsü narkotiklə TUTULDU 30 Noyabr 2021, 14:03 Yüksək postlar ancaq kişilər üçün “bron” edilib? 30 Noyabr 2021, 14:00 “Nar”dan DƏSTƏK 30 Noyabr 2021, 13:59 Həbsdə olan jurnalistin səhhəti pisləşib 30 Noyabr 2021, 13:57 Bakıda Aşıq Ələsgərə abidə qoyulacaq - SƏRƏNCAM 30 Noyabr 2021, 13:53 Süleyman Rüstəmin Vilayət Quliyevə iradı: “Get, harada istəyirsən yaz!” 30 Noyabr 2021, 13:49 Gürcüstan, Ukrayna və Moldova baş nazirləri bir arada 30 Noyabr 2021, 13:43 “Omicron” təhlükəli deyil 30 Noyabr 2021, 13:42 2 milyondan çox insanın sosial ödənişlərində artım olacaq - Nazir 30 Noyabr 2021, 13:40 SOCAR-ın strategiyasında alternativ enerji yer alıb 30 Noyabr 2021, 13:40 Dekabrın ilk gününün HAVASI 30 Noyabr 2021, 13:37 Azərbaycan Türkiyəyə başsağlığı verdi 30 Noyabr 2021, 13:32 ABŞ səfirliyindən “Lütfi Zadə AÇIQLAMASI” 30 Noyabr 2021, 13:28 Ukraynalı nazir: “İndi əsas məqsəd Rusiyanı cilovlamaqdır” 30 Noyabr 2021, 13:24 COVID-19-a yoluxmuş şagirdlərin SAYI 30 Noyabr 2021, 13:19 Əlvida, nağaranın ŞAHI - Səndən bir də olmayacaq! 30 Noyabr 2021, 13:14 Baş prokurorun 1-ci müavini qəza yerinə getdi 30 Noyabr 2021, 13:10 Bakıdan Naxçıvana iki reys gecikir - SƏBƏB 30 Noyabr 2021, 13:05 BNA hesabat verdi 30 Noyabr 2021, 13:00 “Zəngəzur dəhlizi İƏT-ə üzv ölkələr üçün də faydalı olacaq” 30 Noyabr 2021, 12:57
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?