Modern.az

Akif Təvəkküloğlu yeni vəzifəyə təyin olundu

Akif Təvəkküloğlu yeni vəzifəyə təyin olundu

Media

1 Noyabr 2021, 09:06

Milli Məclisin keçmiş mətbuat katibi, Əməkdar jurnalist Akif Təvəkküloğlu yeni vəzifəyə təyin olunub.

Modern.az saytı 
xəbər verir ki, Bakıvaxtı.az-ın məlumatına görə, Akif Təvəkküloğlu Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsinə rəis təyin olunub.

Qeyd edək ki, Həmkarlar İttifaqları Konfederasiyasının keçmiş mətbuat katibi Nazim Ağamirov idi, o bu yaxınlarda dünyasını dəyişib. 


Akif Təvəkküloğlu 2006-2020-ci illərdə Milli Məclisin mətbuat katibi vəzifəsində işləyib.

Akif Təvəkkül oğlu Nəsirov 1962-ci il dekabrın 1-də İmişli rayonunda anadan olub. Orta məktəbi 1979-cu ildə bitirib.

1981-ci ildə Azərbaycan Dövlət Universitetinin kitabxanaşünaslıq və biblioqrafiya fakültəsinə daxil olub. 1986-cı ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1986-cı ildən 1991-ci ilədək Azərbaycan Dövlət Kitab Palatasında filial müdiri, sonra isə şöbə müdiri vəzifələrində çalışıb.

Jurnalist karyerasına 1991-ci ildə "Molla Nəsrəddin" jurnalından başlayıb. Daha sonra fəaliyyətini televiziyada davam etdirib və 2006-cı ilədək Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində müxtəlif vəzifələrdə çalışıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir