Modern.az

Düşmənə diz çökdürən silah - Bu artilleriya sistemləri yalnız Azərbaycanda var 

Düşmənə diz çökdürən silah - Bu artilleriya sistemləri yalnız Azərbaycanda var 

4 Noyabr 2021, 22:32

Azərbaycan Ermənistan ordusunun darmadağın edilməsi ilə nəticələnən II Qarabağ Müharibəsində bir çox xarici ölkələrin istehsal etdiyi silahları tətbiq etdi.

 

Türkiyə və İsrail istehsalı olan pilotsuz uçan aparatları, artilleriya sistemləri və s. ilə yanaşı, Ordumuzun arsenalında Rusiyadan əldə olunan hərbi texnika və döyüş vasitələri də çoxluq təşkil edirdi.

 

Modern.az xəbər verir ki, onlar arasında diqqət çəkən silahlardan biri 120 mm-lik özüyeriyən artilleriya və minaatan 2S31 "Vena" sistemi sayılır. İnkişaf etmiş rəqəmsal tuşlama və atəş sisteminə malik olan "Vena" artilleriya sistemləri 120 mm kalibrə malik istənilən artilleriya mərmisi ilə 7 kilometrə qədər məsafədə istənilən hədəfi məhv etmək qabiliyyətinə malikdir.

 

Döyüş sursatı 70 komplektdən ibarət olan "Vena" 1 dəqiqəyə döyüş hazırlığına gətirilə bilir. Bu zaman onun dəqiqədə atəş tezliyi 8-10 mərmiyə çatır. Bu isə qurğuya qısa zamanda düşmən hədəflərini məhv edərək döyüş meydanı tərk etməyə imkan verir. "Vena" qurğusunun BMP-3 bazasında yaradılması onun mobilliyi də artırır.

 

Məhz bu özəlliklərinə görə, "Vena" artilleriya sistemləri yüksək qiymətə malik olub.

 

Azərbaycan Perm şəhərində yerləşən Motovikixinski zavodunun 90-cı illərdə layihələndirdiyi qurğunun ilk partiyasını 2013-cü ildə əldə edib.

 

Ümumilikdə, Azərbaycan Ordusu 18 2S31 "Vena" 120 mm-lik özüyeriyən artilleriya və minaatan qurğusuna malikdir. Dağlıq şəraitdə hədəfi yüksək dəqiqliklə məhv edən sistemlər 2020-ci ilin sentyabr-noyabr aylarında Qarabağda hərbi əməliyyatlar zamanı da uğurla tətbiq olunub.

 

Maraqlıdır ki, Rusiya Ordusunun artilleriya və raket qoşunları "Vena"dan imtina edib. ilk nümunələri hələ 2020-cu ildə orduya verilsə də, Rusiya tərəfi hələ də köhnəlmiş "Nona-S" və Akasiya" özüyeriyən artilleriya və minaatan qurğusundan istifadə edir.

 

Beləliklə, Azərbaycan Ordusu "Vena" artilleriya sistemlərinə malik yeganə ölkə sayılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir