Modern.az

Münasibətlərin gərginləşməsində maraqlı TƏRƏFLƏR VAR

Münasibətlərin gərginləşməsində maraqlı TƏRƏFLƏR VAR

Qarabağ

16 Noyabr 2021, 12:48

“Son günlər bəzi hadisələr baş verir. Ermənilərin mətbuatını oxuyanda hadisələri elə şərh edirlər ki, sanki Azərbaycan tərəfindən sərtləşmə müşahidə olunur, təxribatları biz törədirik”.

 

Bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov son günlər erməni təxribatlarının artması ilə bağlı Modern.az-ın suallarını cavablandırarkən deyib.

 

Sabiq nazirin sözlərinə görə, son olaylar hansısa qüvvələr tərəfindən gərginlik yaratmağa yönəlib:

 

“Mümkün olan şəkildə əlaqələrin, gediş-gəlişlərin bağlanmasına hədəflənən proseslərdir. Hadisələr həm Qarabağ, həm də Azərbaycan-Ermənistan sərhəddində baş verir. Hazırda qüvvələr istəyirlər ki, gərginlik sayəsində tam mənada təmas xəttini formalaşdırsınlar. Azərbaycan tərəfi də münaqişəyə bir az daha geniş baxmalıdır. Orada fəaliyyət göstərən sülhməramlıların işləri təhlil olunmalı və nəzarət altına alınmalıdır. Bununla da əslində gərginliyi azaltmaq olar”.

 

T.Zülfüqarov qeyd edib ki, problem formalaşsın deyə əlindən gələni edənlər göz qabağındadır:

 

“Təmas xəttinin yaranması bu deməkdir ki, həm bu tərəfdən, həm də o tərəfdən insanlar bir-birinə düşmən kimi baxacaq. Sülhün bərqərar olmasını iki tərəf də istəməlidir. Amma mən hesab edirəm ki, üçüncü tərəf də burada gərginliyin artmasında maraqlıdır. Gərginlik yüksək səviyyədə olarsa, deməli onların orada qalmasının mənası olacaq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!