Modern.az

Artsrun erməniləri QƏZƏBLƏNDİRDİ: “Sən yenə yalan çantanı açdın?”

Artsrun erməniləri QƏZƏBLƏNDİRDİ: “Sən yenə yalan çantanı açdın?”

Qərbi Azərbaycan

17 Noyabr 2021, 16:44

44 günlük II Qarabağ Müharibəsi zamanı Ermənistan ordusunun cəbhədəki “uğurlu əməliyyatları” haqqında danışan və bununla da erməni ictimaiyyətini aldadan Müdafiə Nazirliyinin keçmiş nümayəndəsi Artsrun Hovhannisyan yenə gündəm olub.

Modern.az saytı xəbər verir ki, Ermənistanın bəzi KİV-ləri Artsrun Hovhannisyanı yenidən hoqqabazlıqda suçlayıblar. Buna Hovhannisyanın dünən Facebook-da yazıdığı bir qeyd səbəb olub.

Belə ki, 44 günlük müharibədəki məğlubiyyətin qeyri-rəsmi simvolu sayılan A.Hovhannisyan dünən Zəngəzurda – Ermənistan-Azərbaycan sərhəddində yaşanan gərgin vəziyyətlə bağlı yazıb ki, Sünikə gedir, hərəkətə keçməyin vaxtıdır.

“Mən getdim... İndi sadəcə iş vaxtıdır. Eşq olsun Ordumuza”,- deyə o, özünün sosial şəbəkə hesabında yazıb.

Sosial şəbəkələrin erməni istifadəçiləri Artsrun Hovhannisyanı susmağa çağırıblar. Ona lağ edənlər də olub, təhqir edənlər də. Hətta bəziləri Artsrunu təhdid edib, söyüb, aşağılayıb, üzr istəməsini tələb ediblər

Artsrun Hovhannisyanın statusu altında şərh yazan ermənilərin çoxu onu heç olmasa bu dəfə ölkə ictimaiyyətini ələ salmamağa çağırıb.

Erməni mətbuatı yazır ki, Hovhannisyan şərhlərin çoxunu öz postunun altından silib. Lakin onun yazısını tirajlayan medianın səhifələrindən bunu edə bilməyib.

Mətbuat Hovhannisyana cavab yazan bəzi ermənilərin qeydlərini dərc edib

 

Astghik Sahakyan: “Müharibə planlaşdırmışdın, buna görə özünü yenə orda gördün, yalançı əclaf?”

 

Xandut Zurnaçyan: “Rədd ol get, quldur, bunu heç kim eşitməsin. Çünki ermənilərin düşmənidir”.

 

Angin Qorqyan: "İndi nə etmək istəyirsən? İstədiyini etdin, bəsdir".

 

Lusine Minasyan: “Sən ümumiyyətlə yoxsan, sənin görünüşün məğlubiyyət simvoludur”.

 

Qohar Xaçatryan: “Başqa bir şey eşidilməlidir, o, yenidən arenadadır, diqqətli olmalıyıq”.

 

Satine Davtyan: "Heç olmasa, bu dəfə insanlara düzgün məlumat ver"

 

Ruzanna Hareyan: "Çıx get, ən böyük yalançı"

 

Ripsik Karapetyan: “Sən yenə yalan çantanı açdın, Artsrun?”.


A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi