Modern.az

Putinin maraqlı iş qrafiki - Prezident niyə tez-tez Soçiyə GEDİR...

Putinin maraqlı iş qrafiki - Prezident niyə tez-tez Soçiyə GEDİR...

25 Noyabr 2021, 09:44

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Rusiya prezidenti Vladimir Putinin iş qrafikindən bəhs edib.

 

Modern.az-ın məlumatına görə, siyasi şərhçi “Putinin maraqlı iş qarafiki var” deməklə onun niyə tez-tez Soçiyə getdiyinə diqqəti çəkib.

 

“Putin Moskvadan və Kremldəki otağından bezəndə kurort şəhəri olan Soçiyə gedir, həm dağ havası alır, həm də qonaqlarını qəbul edir. Putinin komandası Kreml sahibinin qrafikini elə tərtib edirlər ki, Rusiya prezidenti xarici qonaqların əksəriyyətini bir neçə günlük zaman kəsiyində Soçidəki iqamətgahında qəbul etsin”.

 

Vladimir Putinin artıq bir neçə gündür Soçidə olduğunu bildirən ekspert qeyd edib ki, Rusiya prezidenti artıq orada Fələstin prezidenti Mahmud Abbasla görüşüb, bu gün Serbiyanın prezidenti Aleksandr Vuçiçlə görüşəcək, sabah isə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüş keçərəcək.

 

“Putin Mahmud Abbasla Fələstinin problemlərini, Aleksandr Vuçiçlə Serbiyaya satılan Rusiya qazının qiymətinin ucuzlaşdırılmasını, Azərbaycan və Ermənistan liderləri isə kommunkasiya xətlərinin açılmasını müzakirə edib və ya edəcək. Rəngarəng mövzulardır. Putin bu mövzuların hər birində Rusiyanın həlledici rolunu vurğulamağa çalışır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir