Modern.az

Tələbə kreditlərinin faizləri AÇIQLANDI

Tələbə kreditlərinin faizləri AÇIQLANDI

Təhsil

25 Noyabr 2021, 12:35

Təhsil tələbə kreditlərinin faizləri açıqlanıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə təhsil tələbə kreditlərinə müraciətlərin başlanılması ilə bağlı brifinqdə təhsil nazirinin müavini İdris İsayev məlumat verib.

 

Onun sözlərinə görə, faizləri Təhsil Tələbə Krediti Fondunun Himayəçilik Şurası Təhsil Nazirliyi və Nazirlər Kabineti ilə razılaşdırılaraq müəyyən edib.

 

Sosial kreditlər 2 faizlə, standart kreditlər isə 6 faizlə veriləcək.

 

Sosial kreditlər sosial həssas qruplara veriləcək:

 

Ünvanlı sosial yardım alan, 3-cü qrup əlillik təyinatı olan, valideynləri ilə münasibətdə aşağıdakı şərtlər mqəyyənləşib:

 

valideynləri işsiz olanlar;


1 və 2-ci dərəcə əlilliyi olanlar, işsiz kimi qeydiyyatda olanlar;


yaşa görə əmək pensiyası alanlar;


yaşa görə sosial müavinət alanlar.

 

Bakalavriat üçün 300-700, magistratura üçün 50-100, subbakalavr üçün 110-300 bal aralığında olan şəxslər bundan yararlana biləcəklər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi