Arxiv
25 Noyabr 2021, 15:50 | TƏHSİL
Tələbə kreditini verməmək üçün bütün səylər birləşdirilib - ETİRAZ

“Uzun müddətdir ki, müzakirə olunan tələbə kreditlərini verməyə başlayırlar. Lakin praktikada onu almaq çətin prosedur qaydalarına görə mümkün olmayacaq. Qeyd edim ki, dünyada 1960-cı illərdən tələbə kreditlərinin verilməsinə başlanılıb və hazırda 61 ölkədə tələbə kreditləri verilir. Amma ən çətin kredit verilmə şərtləri və prosedur qaydaları Azərbaycandadır. Demək olar ki, heç bir güzəşt yoxdur və onu almaq əlçatan deyil”.

 

Modern.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Kamran Əsədov TTK ilə bağlı açıqlanan qaydalar barədə danışarkən bildirib.

 

O, kreditin verilməsi şərtlərində bir neçə ciddi nöqsanı açıqlayıb:

 

“Tələb olunur ki, www.e-ttkf.edu.az portalı vasitəsi ilə müraciət etmək lazımdır. Bunun üçün isə “asan login”a malik olmaq lazımdır. Bu portaldan qeydiyyatdan keçmək üçün isə müraciət edənin adına mobil nömrə olmalıdır. Lakin nəzərə alınmayıb ki, ölkədə 18 yaşından aşağı olan şəxslərə mobil nömrə satılmır. Hansı tələbənin, yəni kredit almaq üçün müraciət edənin adına möbil nömrə yoxdursa, o sistemdə qeydiyyatdan keçə bilməz. Deməli indi azı 60 min tələbə gedib yeni mobil nömrə almalıdır? Daha sonra, ümumi orta təhsil bazasından kollecə qəbul olan tələbənin 15 yaşı var, o öz adına necə nömrə ala bilər? Mobil operatorlar yalnız valideynlərinin birinin natarial təsdiq edilmiş razılığından sonra 18 yaşından aşağı şəxsə mobil nömrə satırlar”.

 

Ekspert hesab edir ki, bunlar əlavə xərc və vaxt deməkdir:

 

“Şərtə görə, www.e-ttkf.edu.az portalında müraciət etmək üçün natarial qaydada təsdiq edilən arayış alınmalıdır. Bunun üçün isə tələbələr dövlət rüsumu ödəməlidirlər. Axı niyə biz onları mobil nömrə və bir-neçə sənədi almaq üçün rüsum ödəməklə əlavə xərcə salırıq? Niyə bizim tələbələri qapı-qapı gəzməlidirlər? Məgər Təhsil Nazirliyinin elektron portalında hər tələbə barədə fərdi məlumatlar yoxdur?

Fond tələb edir ki, kredit almaq üçün tələbənin minimum 300 balı olmalıdır. Bu ciddi məhdudiyyətdir. Gəlin rəqəmlərə baxaq: I qrup üzrə 9866 abituriyent müsabiqə şərtini ödəyib və onlardan 7137 nəfər 300 dən çox bal toplayıb. Amma maraqlıdır ki, I qrupda 10112 dövlət sifarişli, yəni ödənişsiz plan yeri var. Bu o deməkdir ki, I qrupda abituriyentlər 200 balla hətta ödənişsiz ixtisaslara qəbul ola biliblər. II qrupda 5346 abituriyent müsabiqə şərtini ödəyib və onlardan 3568 nəfəri 300 balı keçib. Lakin burada da 4230 plan yeri dövlət sifarişli, yəni ödənişsiz ixtisas var və II qrup üzrə tələbələr 250 balla ödənişsiz ixtisaslara qəbul ola bilərlər. Bu o deməkdir ki, kredit almaq üçün əksər tələbələr müraciət edə bilməyəcəklər, çünki 300-dən yuxarı balları olsaydı elə dövlət sifarişi olan ixtisalara qəbul olardılar, yəni 300-dən aşağı balaı olanlar elə ödənişli əsaslarla təhsil almağa məcbur olublar”.

 

K.Əsədov bildirib ki, kredit faizləri hədsiz yüksək olduğu üçün sonda qaytarılan məbləğ iki dəfə çox olacaq:

 

“Təklif edilən kredit faizləri hədsiz dərəcədə yüksəkdir. Standart kredit üçün 6 faiz tələb edilməsi kreditin əlçatanlılığına ciddi maneə olur. Bu sonda verilən məbləğin iki dəfədən çox qaytarılması ilə nəticələnəcək. Bu amil də kredit götürülməsi üçün müraciətləri azaldacaq.

Kredit üçün yalnız əyani təhsil alanlar müraciət edə bilər, qiyabi təhsil alan tələbələr müraciət edə bilməzlər. Qiyabi təhsil alan tələbələrin əksəriyyəti heç bir yerdə işləmirlər. Məgər heç olmazsa işsiz tələbələrə kredit vermək olmazdı?

Tələb olunur ki, tələbənin akademik borcu olmasın və onların ümumi orta müvəffəqiyyət göstəricisi 71 baldan yüksək olsun. Hazırda ölkədə 126 min tələbə özü təhsil haqqını ödəyir. Amma onların hamısı müraciət edə bilməyəcək, yalnız 56 min tələbənin müraciət etmək imkanı olacaq. Çünki digərlərinin akademik borcları – kəsrləri var, ya da akademik göstəriciləri 71 baldan aşağıdır. Tələbənin kəsrinin olması normal bir şeydir. Təbii ki bu tələbələr yüksək elmi potensiala malik olsaydılar,ödənişli əsaslarla təhsil almazdılar.

Avropa ölkələri və ABŞ, postsovet məkanından isə Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və Özbəkistan təhsil kreditləşməsini tətbiq edirlər. Məsələn, ABŞ-da bununla Federal Agentlik…”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu il Ermənistanı 103 min nəfər həmişəlik TƏRK EDİB 29 Noyabr 2021, 10:29 Bakıda koronavirusa görə bağlanan məktəb AÇILDI 29 Noyabr 2021, 10:03 Kəlbəcərin İstibulaq kəndindən VİDEO 29 Noyabr 2021, 10:00 Xaricdəki soydaşlarımızdan QARABAĞA köçmək istəyənlər var 29 Noyabr 2021, 09:55 595 nəfər toylara BURAXILMADI 29 Noyabr 2021, 09:50 Minaya düşən hərbçilərimizin ayaqları amputasiya edildi 29 Noyabr 2021, 09:47 Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsi Bakıya toplaşacaq 29 Noyabr 2021, 09:42 Ötən günün cinayət STATİSTİKASI 29 Noyabr 2021, 09:36 “Taliban” Avropa ittifaqından yardım istədi 29 Noyabr 2021, 09:24 Türkmənistanın mediadan gizlədilən birinci ledisi - Onun fotosu ilk dəfə YAYIMLANDI 29 Noyabr 2021, 09:00 Bu gün "Qızıl top" mükafatının qalibi bəlli olacaq 29 Noyabr 2021, 08:31 Bu günün hava PROQNOZU 29 Noyabr 2021, 08:24 “Brent” neft BAHALAŞDI 29 Noyabr 2021, 08:12 İsrail sərhədləri bağlayır 29 Noyabr 2021, 08:07 “Omikron”un daha yoluxucu olması ilə bağlı sübutlar YOXDUR 29 Noyabr 2021, 00:50 Bayden və Putin ilin sonuna qədər danışa bilər 29 Noyabr 2021, 00:42 Polşada Nizami Gəncəvinin 880 illiyi qeyd edildi 29 Noyabr 2021, 00:22 Əliyev Aşqabadda nəyə nail oldu? 29 Noyabr 2021, 00:04 Tovuzda ölümlə nəticələn ağır qəza 28 Noyabr 2021, 23:55 Spiker Ərəb Parlamentinin sədri ilə görüşdü 28 Noyabr 2021, 23:32 Sahibə Qafarova pakistanlı həmkarı ilə GÖRÜŞDÜ 28 Noyabr 2021, 23:18 Taliban avropalı diplomatlarla danışıqlar apardı 28 Noyabr 2021, 22:50 Deputatlar Qırğızıstan seçkilərini İZLƏDİLƏR 28 Noyabr 2021, 22:32 “Omikron”u öyrənmək üç həftə vaxt alacaq 28 Noyabr 2021, 22:08 Prezidentin Türkmənistana səfəri başa çatdı 28 Noyabr 2021, 21:47 Azərbaycan və Tacikistan Prezidentləri arasında görüş - YENİLƏNİB 28 Noyabr 2021, 21:44 İlham Əliyev və Ərdoğan görüşdü - YENİLƏNİB 28 Noyabr 2021, 21:35 İlham Əliyev və Rəisi arasında Zəngəzur dəhlizi müzakirəsi 28 Noyabr 2021, 21:30 Rəisi Qarabağdan DANIŞDI 28 Noyabr 2021, 21:24 Türkiyədə koronavirusla bağlı son vəziyyət 28 Noyabr 2021, 21:16 İlham Əliyev və Rəisi görüşdü - YENİLƏNİB 28 Noyabr 2021, 21:00 "Omikron" bu dəfə Danimarkada 28 Noyabr 2021, 20:56 Çexiyada yeni hökumət rəhbəri 28 Noyabr 2021, 20:44 “Qalatasaray”ın sabiq prezidenti vəfat etdi 28 Noyabr 2021, 20:16 Qırğızıstan seçkilərinin ilkin nəticələri 28 Noyabr 2021, 19:52
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?