Modern.az

Aşqabadda Zəngəzur müzakirəsi: 1,1 trilyonluq qovşaq...

Aşqabadda Zəngəzur müzakirəsi: 1,1 trilyonluq qovşaq...

İqtisadiyyat

28 Noyabr 2021, 14:49

Bu gün Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı öz işinə başlayıb.
Zirvə Toplantısında Türk dünyasının ölkələri ilə yanaşı bir sıra dövlətlər də iştirak edir.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Modern.az-a bildirib ki, görüşdə region üçün vacib nəticələr əldə olunacaq:

 

“Bura bütün türkdilli ölkələr, eyni zamanda, Azərbaycan və Türk dünyası ilə yaxşı münasibəti olan bir sıra ölkələr üzvdür. Bu isə bizim üçün çox əhəmiyyətlidir. Təbii ki, əsas Qarabağ müharibəsində qazandığımız qələbədən sonra regionda formalaşmış yeni düzən formasında məsələlər müzakirə olunacaq".

 


Parlamentari iqtisadi inkişaf üçün görüşün əhəmiyyətini vurğulayıb:

 


"Eyni zamanda, iqtisadi əməkdaşlığın gücləndirilməsi ilə bağlı konkret müzakirələr aparılacaq, bununla da regionda yeni formatlar həyata keçiriləcək. Bu, bölgənin və Türk dünyasının inkşafı baxımından vacib yanaşmadır. Biz nəzərə almalıyıq ki, Soçi görüşündən sonra Zəngəzur dəhlizinin açılması daha qısa müddətdə reallaşacaq. Zəngəzur dəhlizi 1,1 trilyon dollar ümumidaxili məhsulu olan Türk dünyasını birləşdirəcək. Ona görə də bu görüş yeni reallıqlar yaradacaq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?