Modern.az

Deputatlar Qırğızıstan seçkilərini İZLƏDİLƏR

Deputatlar Qırğızıstan seçkilərini İZLƏDİLƏR

28 Noyabr 2021, 22:32

Azərbaycan Milli Məclisinin deputatları Hikmət Məmmədov TÜRKPA-nın, İltizam Yusifov isə MDB missiyasının tərkibində Qırğızıstanda keçirilən parlament seçkilərinin gedişini izləyiblər.

 

Modern.az xəbər verir ki, ümumiyyətlə seçkilərə 730 xarici müşahidəçi qatılıb.

 

Parlament seçkilərində 21 partiyanın nümayəndələri və 287 müstəqil namizəd iştirak edib.

 

Qırğızıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurjan Şayldabekova Bişkekdə keçirdiyi brifinqdə bildirib ki, səs hüququ olan 3 milyon 703 min 420 vətəndaşın 1 milyon 189 min 493 nəfəri səs verib. Bu da seçicilərin 32,12 faizi deməkdir.

 

İndiki seçkilərdə parlament 90 deputatdan formalaşacaq. Bunun 54-ü partiya siyahıları üzrə seçiləcək, 36-sı müstəqil deputat kimi mandat sahibi olacaq. Qırğızıstan parlamentinin deputatları 5 il müddətinə seçilir.

 

Seçkilərin ilkin nəticələrinin noyabrın 29-da elan olunacağı gözlənilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu