Modern.az

Türkiyəli nazirdən Azərbaycana başsağlığı

Türkiyəli nazirdən Azərbaycana başsağlığı

Aktual

30 Noyabr 2021, 19:04

“Azərbaycan ordusuna aid helikopterin qəzaya uğraması sonucunda həlak olan hərbçilərə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy tviterdə yazıb.

 

“Dost və qardaş ölkə Azərbaycan ilə acımız ortaqdır. Başımız sağ olsun”, - nazir əlavə edib.

 

Qeyd edək ki, noyabrın 30-da saat 10:40 radələrində DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Hadisə nəticəsində 14 nəfər həlak olub, 2 nəfər xəsarət alıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır