Modern.az

Bakıda bayram çadırları qurulur - RƏSMİ

Bakıda bayram çadırları qurulur - RƏSMİ

Aktual

2 Dekabr 2021, 09:26

Bu gündən metrostansiyaların çıxışlarında bayram yarmarkaları üçün çadırlar qurulmağa başlanılıb.

 

Modern.az xəbər verir ki, artıq metronun “Xalqlar dostluğu”, “Nəriman Nərimanov” və “28 May” stansiaylarının çıxışlarında yarmarka çadırları qurulub.

 

Bakı Şəhəri İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentindən Modern.az-a faktı təsdiqləyiblər. Bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən icazə veriləcəyi təqdirdə bütün metrostansiyaların çıxışında bayram çadırları qurulacaq.

 

 

Qeyd edək ki, hər il Bakıda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1 yanvar - Yeni il bayramı münasibətilə metrostansiyaların qarşısında bayram yarmarkaları qurulur. Ötən il isə pandemiya səbəbidən bayram yarmarkası təşkil edilməmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır