Helikopter qəzasında həlak olan hərbi qulluqçulardan biri, DSX-nin zabiti, şəhid baş leytenant Fərid Nağıyevin cənazəsi onun doğulduğu Beyləqan rayonun Şərq kəndinə gətirilib.

 

Modern.az-ın məlumatına görə, şəhidin cənazəsi izdihamla qarşılanıb. Kənd meydanında cənazə namazı qılınıb.

 

Şəhid pilot Fərid Təyyar oğlu Nağıyev Beyləqan şəhərində yerləşən Şəhidlər xiyabanında dəfn ediləcək.

 

Qeyd edək ki, noyabrın 30-da saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

 

Şəhid hərbçilərdən 11-i ötən gün Bakıda ikinci Şəhidlər Xibanında dəfn olunub. 3 şəhid hərbçi isə ailələrinin istəyi ilə doğulduqları ərazidə torpağa tapşırılacaq.