Modern.az

Amnistiyaya düşən qadınlardan 24-ü AZADLIQDA

Amnistiyaya düşən qadınlardan 24-ü AZADLIQDA

3 Dekabr 2021, 13:10

Zəfər günü ilə bağlı elan olunmuş Amnistiya aktı Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində cəza çəkən 65 qadına şamil edilib.

 

Modern.az-ın bu barədə Ədliyyə Nazirliyinin İnsan hüquqları və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aynur Sabitova deyib.

 

O bildirib ki, həmin qadınlardan 40 nəfərinin cəzası 6 ay azaldılıb, 24 qadın isə azadlığa buraxılıb:

 

“Amnistiya aktı tətbiq edilən 1 qadın isə narkomaniyadan müalicəyə cəlb edilib”. 

 

Qeyd edək ki, noyabrın 5-də Milli Məclis Zəfər Günü ilə bağlı amnistiya elan edilməsi haqqında qanun layihəsini təsdiqləyib. Qərar qəbul edilən gündən qüvvəyə minib.

 

İndiyə qədər akt 1500-dən çox şəxsə şamil edilib. Amnistiya aktının ümumilikdə 15 min nəfərə şamil olunması gözlənilir

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər