Modern.az

Bu gün həlak olan hərbçimiz: 35 yaşı vardı, subay idi… - FOTOLAR

Bu gün həlak olan hərbçimiz: 35 yaşı vardı, subay idi… - FOTOLAR

Qarabağ

3 Dekabr 2021, 13:32

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Şahin Şəmisəddin oğlu Hüseynovun məzuniyyətdə olarkən bədbəxt hadisə nəticəsində (qayadan yıxılaraq) həlak olduğu barədə məlumat yayıb. 

Modern.az xəbər verir ki, həlak olan hərbçinin qohumları onun haqqında qısa bilgi veriblər.

Məlum olub ki, Şahin Şəmisəddin oğlu Hüseynov Gədəbəy rayonunun Qızılqaya kəndindəndir. 35 yaşı var idi. 15 ilə yaxın idi ki, Azərbaycan Ordusunda qulluq edirdi.

Gizir rütbəsi daşıyan Şahinin subay olduğu bildirilib.

Şahin Hüseynov 44 günlük Vətən Müharibəsində iştirak etmiş, noyabrın 7-də Kəlbəcər istiqamətində yaralanmışdı. O, Azərbaycan Prezidenti İlham Əliyevin sərəcnamı ilə "Kəlbəcərin azad olunması görə" medalı ilə təltif edilib.

Allah rəhmət eləsin.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir