Modern.az

Rusiyadan daha 12 müəssisəyə pomidor idxalına icazə

Rusiyadan daha 12 müəssisəyə pomidor idxalına icazə

İqtisadiyyat

4 Dekabr 2021, 00:21

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") dekabrın 6-dan Azərbaycanın daha 12 müəssisəsinə pomidor və alma tədarükünə icazə verib.

 

Modern.az xəbər verir ki, bu barədə agentliyin saytında məlumat verilib.

 

Məlumata görə, “Rosselxoznadzor" dekabrın 6-dan 7-si pomidor, 5-i isə alma istehsal edən 12 müəssisədən pomidor və alma idxal edəcək.

 

Qeyd edək ki, "Rosselxoznadzor" ötən il dekabrın 10-dan Azərbaycandan alma və pomidorun tədarükünə müvəqqəti məhdudiyyətlər qoyub. Xidmət xatırladır ki, onlarda Cənubi Amerika pomidor güvəsi və şərq almaqurdu aşkarlanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!