Modern.az

Bakı metrosunda həyəcanlı anlar - Sərnişin qatar yoluna düşdü

Bakı metrosunda həyəcanlı anlar - Sərnişin qatar yoluna düşdü

Hadisə

5 Dekabr 2021, 10:18

"İçərişəhər-Həzi Aslanov" marşrutu ilə hərəkət edən qatar "Nəriman Nərimanov" stansiyasına daxil olarkən, sərnişin stansiya yoluna düşüb.

 

Bu barədə Modern.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

 

O qeyd edib ki, dərhal xətdən yüksək gərginlik çıxarılıb:


"Təcili tibbi yardım dəvət edilib və təlimat tələblərinə uyğun olaraq, sərnişin stansiya yolundan çıxarılıb.

Ona ilkin yardım göstərilib. 12 dəqiqədən sonra qatarların hərəkəti bərpa olunub".


Qurum rəsmisinin sözlərinə görə, aidiyyəti üzrə araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır