Modern.az

Səudiyyə Ərəbistanı və Fransa arasında müqavilə

Səudiyyə Ərəbistanı və Fransa arasında müqavilə

5 Dekabr 2021, 17:45

Fransa Prezidenti Emmanuel Makronun Səudiyyə Ərəbistanına səfəri çərçivəsində “Aramco” enerji şirkəti və “Gaussin” korporasiyası arasında hidrogen yanacağı ilə işləyən avtomobillərin istehsalına dair Saziş imzalanıb.

 


Modern.az rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, Sazişdə hidrogen yanacağı ilə işləyən və sıfır karbon qazı emissiyası olan avtomobillərin istehsalı və tədarükü ilə yanaşı, onların hərəkəti üçün xüsusi trasların inşası da nəzərdə tutulub. Bu məqsədlə “Aramco”nun Yüksək İnnovasiya Mərkəzi yeni layihələr həyata keçirəcək.

 

Sazişdə, həmçinin “Dakar” rallisinin Səudiyyə Ərəbistanı mərhələsinin hidrogen yanacağı ilə işləyən avtomobillərin hərəkət edəcəyi trasda keçirilməsi nəzərdə tutulur.

 


Bundan başqa, “Aramco” və fransız şirkətləri arasında süni intellekt və yaşıl texnologiyanın tətbiqi üzrə sazişlər, həmçinin “Airbus” ilə birgə hərbi aviasiya müəssisəsinin inşasına dair kontrakt da imzalanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi