Modern.az

Ermənilər Paşinyanın qızını təhqir etdilər - VİDEO

Ermənilər Paşinyanın qızını təhqir etdilər - VİDEO

6 Dekabr 2021, 17:24

44 günlük müharibədə Ermənistanın məğlubiyyətindən sonra bu ölkədə Baş nazir Nikol Paşinyana qarşı xalq arasında etirazlar səngimir. Bununla yanaşı, erməni ictimaiyyətinin Paşinyana qarşı qəzəbi onun ailəsindən də yan keçmir.

 

Modern.az xəbər verir ki, bu dəfə isə Paşinyanın qızı Maryam Paşinyan erməni diasporunun nümayəndələrinin qəzəbinə tuş gəlib. Belə ki, bir şəxs kafedə əyləşən Maryam Paşinyana yaxınlaşaraq atasının siyasətinə etirazını bildirib: “Sənin atan 5 min insan öldürüb”.

 

O, həmçinin Paşinyanı İuda ilə müqayisə də edib.

 

Hadisənin hansı şəhərdə baş verdiyi barədə məlumat verilməyib.

 

Qeyd edək ki, İuda xristianlar üçün lənətlə xatırlanan addır. Belə ki, İsa peyğəmbərin 12 həvarisindən biri olan İuda peyğəmbərə satqınlıq edib və İsa peyğəmbər onun əməlləri nəticəsində romalılar tərəfindən həbs edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər