Sabirabad sakini atdan yıxılıb.
Modern.az xəbər verir ki, Sabirabad rayonunun Ətcələr kənd sakini, 1963-cü il təvəllüdlü Ağayev Famil Məhəmməd oğlu atdan yıxılaraq ağır kəllə-beyin travması alıb. Şirvan şəhər Mərkəzi Xəstəxanasına aparılan 58 yaşlı kişi yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.(Apa)