Modern.az

Türk Dövlətləri Təşkilatı Afrika ölkələrinə peyvənd BAĞIŞLADI

Türk Dövlətləri Təşkilatı Afrika ölkələrinə peyvənd BAĞIŞLADI

6 Dekabr 2021, 22:17

Türk Dövlətləri Təşkilatı 611 min 200 doza yeni növ koronavirus (Covid-19) əleyhinə peyvəndi Burkina Faso və Toqoya bağışlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

 

Təşkilatın xətti ilə Afrika ölkələrinə Türkiyə 200 min doza “Sinovak” peyvəndi, Azərbaycan və Özbəkistan hər biri 100 min doza “Sinovak” peyvəndi, Macarıstan isə 211 min 200 doza “Sinopharm“ peyvəndi göndərib.

 

Burkina Fasoya 400 min "Sinovac" peyvəndi və Toqoya 211 min 200 doza "Sinofarm" peyvəndi təslim edilib.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir