Modern.az

Nazirlər üçtərəfli bəyanatların icrasını müzakirə etdilər

Nazirlər üçtərəfli bəyanatların icrasını müzakirə etdilər

Ölkə

8 Dekabr 2021, 12:54

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Türkiye Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, nazirlər bölgədə mövcud olan son vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər. Bölgə ölkələrinin iştirakı ilə 3+3 formatında əməkdaşlıq platformasının həyata keçirilməsi üzrə fikir mübadiləsi aparılıb.

 

Nazirlər həmçinin, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) xarici işlər nazirlərinin Pakistanda keçirilməsi nəzərdə tutulan növbədənkənar görüşü ilə bağlı da fikir mübadiləsi aparıblar.

 

Telefon danışığı zamanı tərəflər ikitərəfli maraq doğuran digər məsələlər də müzakirə edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir