Modern.az

Manyak "ana"nın məhkəməsi başlayıb

Manyak "ana"nın məhkəməsi başlayıb

23 Fevral 2010, 11:28

ABŞ-da azyaşlı uşaqlarını öldürərək onların meyitlərini soyuducuda saxlayan “ana”ın məhkəməsi başlayır. Modern.az BBC-yə istinadən xəbər verir ki, Merilend ştatından olan 44 yaşlı Reni Boumen qızlığa götürdüyü 3 azyaşlı uşaqlarından 2-nin qətlə yetirilməsində ittiham olunur. Uşaqlardan biri 7 yaşlı qızcığaz qatil ananın hücumundan qaça bilib. Merilend polisi uşağı paltarları cırılmış qan içində küçədə tapıb. Bundan sonra polislər Boumenin evində yoxlama aparıblar. Nəticədə 11 və 12 yaşlı qız uşaqlarının meyitləri bədən üzvləri bir-birindən ayrılmış şəkildə  soyuducudan tapılıb. Polis dəhşətli qətl hadisəsini törətmiş “ana”ı dərhal həbs edib. Məhkəmə  Boumenə 7 yaşlı sağ qalmış qıza kobud rəftarına görə 25 il iş kəsib. Digər qətllərlə bağlı isə məhkəmə qərarını martın  22-də verəcək. Polis uşaqların öldüyü vaxtı müəyyən edə bilməyib.  Həbsdən əvvəl Boumen 3 dəfə yaşayış yerini dəyişib. Və hər dəfə də böyük həcmli soyuducunu özü ilə aparıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır