Arxiv
27 Dekabr 2012, 12:04 | ÖLKƏ
“Gədəbəy” - adın mənşəyi - iddialar, mübahisələr, təkliflər... ARAŞDIRMA

Azərbaycanda ilk elektrik enerjisi və dəmir yolunun salındığı rayonun ilk adı “Mədən” olub


Sazın, sözün beşiyi, Azərbaycanda ilk elektrik enerjisi və dəmir yolunun salındığı, vaxtilə dünyanın sayılıb-seçilən sənaye mərkəzlərindən olan, hər daşında bir tarix bəsləyən, Azərbaycanın əfsanələr paytaxtı Gədəbəyin adının hardan qaynaqlanması, etimoloji araşdırmaların kasadlığı bəzi mübahisələrə səbəb olur. Bəlkə də buna görədir ki, cəmiyyətdə bu  rayonun adına birmənalı yanaşılmır. Hətta rayonun adının dəyişdirilməsini də istəyənlər az deyil. Bütün bunları nəzərə alaraq Modern.az Gədəbəy rayonunu adının mənasını və bu adın dəyişdirilməsinə ehtiyac olub-olmadığını araşdırıb.

Uzun müddət AMEA-nın Tarix, Dilçilk, Coğrafiya institutlarını ələk-fələk edəndə gördük ki, hərdən öz peşələrinin mütəxəssisi kimi tanınan şəxslər bu məsələdə heç də mütəxəssis deyillər. Belə ki, onlardan heç kim dəqiq mənbə göstərə bilmədiyindən fikirlərini eşitdikləri versiyalarla ifadə etdilər. Amma alimlərdən  fərqli olaraq, rayonun adının mənasını bilənlər də tapıldı və onlar heç də rayonun adının dəyişdirilməsinin tərəfdarı olmadıqlarını bildirdilər.   

Fəlsəfə elmlər doktoru İzzət Rüstəmov vaxtilə Gədəbəy rayonunun adının Mədən olduğunu, sonradan Gədəbəy adlandırıldığını söylədi. Onun sözlərinə görə, mis, qızıl yataqları kəşf olunduğundan bu ərazi Mədən adlanıb:

“Gədəbəyin mənası bəylər, hampa olan yer deməkdir. Çox vaxt “gədə” sözü aşağılayıcı, sayılmayan kimi qələmə verilir. Amma əslində belə deyil. Bu adın kökündə bəylik durur. Vaxtilə “Mədən” adlandırılan rayon mərkəzi sonradan “Gədəbəy” olub. Rayonun elə kəndləri var ki, oranı pisləyirlər, çox geri qaldığını deyirlər. Halbuki, 19-cu əsrdə həmin kəndləri işıq və sivilizasiya mərkəzi adlandırırdılar. Hətta adları kitablara da düşüb. Dilçilərin əksəriyyəti “Gədəbəy” sözünün ərəb dilindəki “Qodabek” sözündən götürüldüyünü deyirlər. Bu sözün isə tərcüməsi “mis bəyi” deməkdir. Söz uzun illər müəyyən dəyişikliyə məruz qalaraq “Gədəbəy” formasını alıb. Odur ki, Gədəbəyin adının dəyişdirilməsinə ehtiyac yoxdur ”.  

Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, şair İlyas Tapdıq isə hesab edir ki, tıva dilində “Gədəbəy” sözünün mənası dağlıq yer deməkdir. Onun sözlərinə görə, bu sözün mənası “gədik” sözünə yaxındır.
“İkinci bir tərəfdən Quba rayonunda da Gədəzeyxur kəndi var ki, bu da dağlıq yer mənasını verir. Belə bir versiyalar da var ki, vaxtilə Gədəbəydə kattalar olub, amma bəylik olmayıb. Həmin kattalar çox yaxşı olduğundan ona kətta-bəy (böyük bəy) deyirlərmiş. Sovet hakimiyyəti qurulandan sonra isə Gədəbəyə rayon statusu verilib. Belə deyirlər ki, Şəmkirdə Allahyar və Dilqəm bəy olub, car hökuməti qurulanda onların bütün torpaqları əllərindən alınıb. Elə o vaxtdan da həmin rayon “bəy yeri” kimi işlənib. Başqa versiya isə oğlan, bəy mənasını verir”.   

Gədəbəyli deputat Rafiq Məmmədhəsənov dəyişikliklə bağlı təklif irəli sürənlərin ciddi səhvə yol verdiyini dedi. Onun sözlərinə görə, “gədə” sözü ayrı mənanı verir, “gəda” ayrı. Bunları qarışdırmaq olmaz.
““Gədə” cavanlara deyirlər. Ona görə də bunun fərqində olmaq lazımdır. Gədəbəy adının özü bir tarixdir. Buna toxunmaq olmaz. Bir çoxları Gədəbəyin Dədəbəy olmasını təklif edir. Bu da yanlış fikirdir. Ümumiyyətlə, Gədəbəy adı tarixdə, arxivdə, mənbələrdə belə gedib. Bunun adının dəyişdirilməsinin nə mənası var?! Bineyi-qədimdən bura kimsə rayona gəlib və soruşub ki, “rayonun adı nədir?” O da deyib ki, “get a bəy”. Ad da burdan qalıb. Həm də rayonda balaca uşaqlara “gədə” deyirlər. Yəni gədəsi də bəydir. Belə yozanlar da var. Necə olur ki, bu qədər alim, professor Gədəbəy adı ilə razılaşır, amma bəzi yeni yazan, pozanlar bu adı bəyənmirlər. Halbuki, Zaqafqaziyada ilk dəfə dəmiryolu, işıq Gədəbəydə olub”. 

Deputat deyir ki, hətta ad dəyişikliyilə bağlı təklif Milli Məclisdə qaldırılsa belə, o, bunun qəti əleyhdarı olacaq. Millət vəkilinin sözlərinə görə, adın dəyişdirilməsinə cəhd olarsa o, öz etirazını bildirəcək.     

Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun professoru, filologiya elmləri doktoru Fəxrəddin Veysəlli isə deyir ki, Gədəbəyin müxtəlif etimologiyası ola bilər. Məsələn, “yola düş get”, “get a bəy” və s.

Toponimlərin bəzilərinin dediyinə görə, “Gədəbəy” sözü qədim türk dillərindəki get, gedik (təpə) və bək (keşikçi, gözətçi) sözlərinin birləşməsindən yaranıb və “müşahidə məntəqəsi”, yaxud “keşikçi təpəsi” mənasını ifadə edir. Gədəbəyin adı hələ 1206-ci ildə alban tarixçisi Mxitar Qoşun əsrərində “Getabak” kimi verilib. İndiyədək “Gədəbəy” sözünün digər sözlərlə yanaşı “gəda” - fars mənşəli və “bəy” – türk mənşəli söz birləşməsi kimi qəbul edilməsi, əslində heç bir məntiqə sığmır. Bu da onunla əsaslandırılır ki, buranın birmənalı olaraq türk məkanı olması arxeoloji memarlıq abidələrində, yazılı və şifahi yozumlarda təsdiqini tapıb. Dağlıq yurdun yerləşdiyi ərazinin məkana uyğun olaraq “kədə”, yəni qədim türk sözü olaraq, “keşikçi, gözətçi” mənasına gəlməsi daha ağlabatandır. “Bek” sözü də qədim türk sözü olaraq təpə, dağ mənasındadır. 

Sabiq millət vəkili Nazim Məmmədov isə ümumilikdə adların, tarixi, etnoqrafik, dil üslubu baxımdan dəyişdirilməsinə normal baxır. Siyasi maraqlarla ad dəyişdirilməsinə, yaxud ad dəyişmək xətrinə dəyişikliklərin əleyhinə olduğunu deyir: “Dediyim kimi, tarixçilər, etnoqraflar Gədəbəyin adının dəyişdirilməsini elmi əsaslarla sübut etsələr, buna hörmətlə yanaşaram. Xocalı-Gədəbəy mədəni abidələri vasitəsilə sübut olunub ki, müasir Azərbaycanın ən qədim yaşayış məskənləri Gədəbəy rayonunun ərazilərində olub. Tarixçilərin bir versiyası olub ki, bir atlı və ya səyyah Gədəbəyin indiki yerində olan yaşayış məskəninin adını soruşub, cavab isə “get, a bəy” olduğundan müasir dilimizə belə dəyişik formada gəlib, digər bir versiyada isə almanlar orta əsrlərdə bu dağlarda qızıl tapdıqlarına görə “Goldbergbau” yəni alman dilində “Qızıl dağ” olaraq adlandırıblar. “Goldbergbau” təlləffüzdə Gədəbəy-ə yaxın olub”.

Nazim Məmmədov isə Gədəbəyin adının dəyişdirilib “Qızıldağ” la əvəzlənməsinə etiraz etmədiyini dedi.

Gültəkin Ələsgər

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Orta məktəblərdə I yarımil üzrə qiymətləndirmə başlandı   21 Yanvar 2021, 10:00 Keçən il Azərbaycanda bu xəstəliklər qeydə alınmayıb 21 Yanvar 2021, 09:48 Şirvanda ev yandı 21 Yanvar 2021, 09:42 Ölkə əhalisinin sayı AÇIQLANDI 21 Yanvar 2021, 09:36 “Brent” ucuzlaşdı 21 Yanvar 2021, 09:30 Ronaldu daha bir rekorda imza atdı 21 Yanvar 2021, 09:24 Qanunsuz ov edib satdılar, cərimələndilər 21 Yanvar 2021, 09:18 Dolların uzunmüddətli ucuzlaşması gözlənilir 21 Yanvar 2021, 09:12 Bakıya qar yağır - FOTO 21 Yanvar 2021, 09:06 Ceyhun Bayramov Türkmənistana getdi 21 Yanvar 2021, 09:00 Dollar yeni günə köhnə qiymətlə BAŞLADI 21 Yanvar 2021, 08:54 Milli Məclisin Səhiyyə komitəsinin iclası keçiriləcək 21 Yanvar 2021, 08:48 Daha 2 COVID-19 xəstəsinə cinayət işi açıldı 21 Yanvar 2021, 08:37 Ömürü uzadan meyvə şirəsi 21 Yanvar 2021, 08:22 Təhlükəli virus Çinə də çatdı 21 Yanvar 2021, 04:17 ABŞ-ın yeni prezidenti müsəlmanlarla bağlı qadağanı ləğv etdi 21 Yanvar 2021, 03:46 “Heç kimlə döyüşmək istəmirəm” - Həbib 21 Yanvar 2021, 01:01 Co Baydendən ilk təyinatlar 21 Yanvar 2021, 00:50 Xırdalanda yol qəzası - xəsarət alan var 21 Yanvar 2021, 00:39 “Mançester Siti” liderliyə yüksəldi 21 Yanvar 2021, 00:24 ÜST peyvənd pasportlarını tövsiyə etmədi 21 Yanvar 2021, 00:10 Madriddəki partlayışda yaralananların sayı artdı 20 Yanvar 2021, 23:58 Teledərslərin yanvarın 21-nə olan CƏDVƏLİ 20 Yanvar 2021, 23:47 Çindən ABŞ-a sanksiya 20 Yanvar 2021, 23:33 Türkiyəli siyasətçilərdən 20 Yanvar paylaşımı 20 Yanvar 2021, 23:20 Baydenin andiçməsindən maraqlı anlar 20 Yanvar 2021, 23:07 Azərbaycanda iqtisadi artımın bərpa olunacağı gözlənilir - Mikayıl Cabbarov 20 Yanvar 2021, 22:56 İspan futbolçu tarixə düşdü 20 Yanvar 2021, 22:40 Trampın Baydenə yazdığı məktubun məzmunu məlum oldu - FOTO 20 Yanvar 2021, 22:34 Bakıda yataqxana binasında yanğın 20 Yanvar 2021, 22:21 “Qalatasaray” 3 xalı 6 qolla qazandı 20 Yanvar 2021, 22:12 Azərbaycanın hərbi gücünə görə reytinqi açıqlandı 20 Yanvar 2021, 22:01 Paşinyan parlamentə güllə keçirməyən jiletdə gəldi 20 Yanvar 2021, 21:50 “Məqsəd demokratiyadır” - ABŞ-ın yeni prezidenti 20 Yanvar 2021, 21:38 Mobil operatorların gəlirləri açıqlandı 20 Yanvar 2021, 21:27