Modern.az

UNİCEF Azərbaycandan olan QHT-yə mükafat verəcək

UNİCEF Azərbaycandan olan QHT-yə mükafat verəcək

24 Fevral 2010, 10:34

UNICEF təşkilatı uşaqlar üçün yararlı dünyanın yaradılmasına öz uğurlu və dəyərli töhfəsini vermiş 3 uşaq təşkilatlarının 25 fevral tarixində Aleksandr Bodini Xeyriyyə Fondunun uşaqlar üçün nəzərədə tutulan  mükafatlar ilə təltif edilməsi mərasimini dəstəkləyir. Bu barədə Modern.az-a

UNICEF-in Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətindən məlumat verilib.

San Marino-Aleksandr Bodini Fondunun Uşaq Mükafatlarının alıcıları sırasına bu il Azərbaycandan olan “Nur” Uşaq və Gənclər İctimai Birliyi də daxildir. Digər iki finalçılar Hondurasdan “Uşaq və Gənclər arasında Ünsiyyət Şəbəkə”si və Keniyadan “Nayrobi Gənclər üçün Məşvərətçi Xidmətləri Mərkəzi”dir.

Sosial yönümlü birlik olan “Nur” təşkilatı 1999-cu ildə uşaqların öz təşəbbüsü ilə ümumi maraq, konüllü fəaliyyət və üzvlərinin bərabər hüquqlu olması prinsipləri əsasında yaradılıb. “Nur təşkilatı öz fəaliyyətini” Uşaq Hüquqları Konvensiyasına müvafiq olaraq təşkil edir.

2009-cu il San Marino Aleksandr Bodini Xeyriyyə Fondunun Uşaq Mükafatları hər bir finalçı üçün nəzərdə tutulan  20 min ABŞ dolları məbləğində mükafatdan ibarət olacaq. Mükafat fevral ayının 25-də Nyu York şəhərində San Marino Hökumətinin üzvlərinin və UNICEF-in İcraçı Direktorunun iştirakı ilə təşkil ediləcək mərasimdə təqdim ediləcək. San Marino Aleksandr Bodini Fondunun Səfiri “Nur” üçün nəzərdə tutulmuş mükafatı Azərbaycan Respublikasının BMT-də daimi nümayəndəsi Aqşin Mehdiyevə təqdim edəcək.

Mükafata layiq görülən təşkilatların seçildiyi ölkələrdə fəaliyyət göstərən UNICEF-in 3 nümayəndəliyinin hər biri uşaqların iştirakının və vətəndaş cəmiyyətlərinin cəlb olunmasının təşviq edilməsindəki səylərinə görə Aleksandr Bodini Xeyriyyə Fondu tərəfindən 10 min ABŞ dolları məbləğində mükafat ilə təltif olunacaqlar.

Mükafat təyin edilərkən əsas diqqət icma-əsaslı proqramlarda uşaq hüquqlarının gücləndirilməsi və  müdafiəsinə töhfə verən gənclərin fəal iştirakına yetirilir. Mükafat uşaq hüquqlarının təbliğində uşaqların uğurlu töhfələrini və fədakarlıqlarını qiymətləndirir. Seçilmiş Uşaq Təşkilatlarına bu mükafatı verməklə Aleksandr Bodini Xeyriyyə Fondu onları dünyadakı digər uşaq və gənclər üçün nümunəvi  insanlar qismində  yetişdirməyi nəzərdə tutur.

Bu mükafatın dəstəklənməsi UNICEF tərəfindən uşaqların və gənclərin dəyərli və effektiv iştirakın təmin edilməsinə verdikləri töhfələrin və onların dəyişikliyi şərtləndirən əsas qüvvələr kimi tanınmasınının digər bir ifadəsidir.

UNICEF-in Azərbaycan Nümayəndəliyinin Rəhbəri Mark Herevard bildirib: “Bu il mükafata layiq görülmüş digər təşkilatlar kimi “Nur” qurumu da öz fəaliyyətində diqqətini uşaq hüquqlarının təbliği istiqamətində işləyən uşaq və gənclərə yönəltmişdir və bu yanaşma digər QHT-lər üçün bir nümunədir. Biz Azərbaycandakı bu fəaliyyətin bütün dünya ictimaiyyəti tərəfindən tanınmasından çox şadıq və bunu yolumuzu əzmlə davam etmək üçün böyük bir stimul kimi dəyərləndiririk”. Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?