Modern.az

QHT-lərə Dövlət Dəstəyi Şurası layihələrin qiymətləndirməsini yekunlaşdırdı

QHT-lərə Dövlət Dəstəyi Şurası layihələrin qiymətləndirməsini yekunlaşdırdı

Qarabağ

3 Mart 2010, 09:50

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2010-cu il üçün QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqəyə təqdim olunan layihələrin seleksiyasını başa ğatdırıb. Şuranın icraçı katibi Fərasət Qurbanov Modern.az-a bildirib ki, ekspertlərin qiymətləndirdiyi bütün layihələr artıq qurumun katibliyinə təqdin olunub

Fərasət Qurbanov deyib ki. müsabiqəyə 489 layihə təqdim olunmuşdu. Seleksiya zamanı

layihələrdən 82-si şərtlərə cavab vermədiyindən müsabiqədən kənarlaşdırılıb. Bir QHT isə ötən müsabiqədən keçməyən layihəni bu dəfə də təkrar təqdim etdiyindən onu da kənarlaşdırıblar.

Layihələri keçməyən təşkilatlara məktublar göndərilib.

F.Qurbanovun sözlərinə görə, ekspertlərin qiymətləndirməsindən keçən layihələr hazırda Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının katibliyindədir. Katiblik isə yaxın günlərdə qiymətləndirilən layihələri Şuranın rəhbərinə təqdim edəcək. İcraçı katib deyib ki, maliyyə müsabiqəsinin nəticələri mart ayı ərzində elan ediləcək. Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi