Modern.az

Prezident məşhur müğənniyə məktub yazdı

Prezident məşhur müğənniyə məktub yazdı

13 Fevral 2013, 13:42


Boş yerə demirlər ki, bu rus müğənnisi həmişə məqsədinə nail olub. Rusiya mətbuatı məşhur müğənni Lolita Milyavskayanın Rusiya prezidenti Vladimir Putinə müraciət etməsi haqda xəbərlər yayıb. Bu yaxınlarda Lolita ilə kommunal xidmət qurumlarının əməkdaşları arasında məhkəmə qalmaqalı baş vermişdi. Buna səbəb isə onların Lolitadan yaşayış obyekti üçün çox yüksək məbləğ tələb etmələri idi. Müğənni bu gərginliyə tab gətirməyərək dövlət başçısına müraciət edib. Prezident Vladimir Putin isə Lolitaya cavab verib.
Modern.az  Rusiya KİV-lərinə istinadən xəbər verir ki,  Putindən Lolitaya göndərilən məktub müğənninin elektron poçt adresinə gəlib. Prezident müğənniyə məktubunda yazıb ki, Lolitanın qaldırdığı məsələlərin yoxlanması üçün onun müraciəti Russiya Regional İnkişaf Nazirliyinə yönləndirilib. Nazirliyə yoxlama aparılması və birbaşa Lolitanın özünə cavab verilməsi əmri verilib. Bu barədə məlumatı müğənninin hüquqşünası Svetlana Botonkina da təsdiqləyib.

Günəş FƏRHADLI
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir