Modern.az

ABŞ-da ölüm hökmü yeni üsulla həyata keçiriləcək

ABŞ-da ölüm hökmü yeni üsulla həyata keçiriləcək

23 Fevral 2013, 15:38

Amerika dünyada ölüm hökmünün yığışdırılmadığı ölkələrdən biridir. ABŞ-ın 17 ştatında, həmçinin Kolumbiya əyalətində ənənəvi ölüm üsulundan imtina ediblər. Bununla yanaşı, ölkənin Texas, Virciniya, Oklahoma ştatlarında ildə hər 3 məhkumdan 1-i  ölüm hökmü ilə cəzalandırılır.
Modern.az xarici KİV-lərə istinadən bildiri ki, keçən il Corciya ştatının hakimiyyəti ölüm hökmünün yerinə yetirilməsində dəyişirikliklər edib. Bundan sonar edam olunan şəxsə 3 preparatın kombinasiyası əvəzinə ancaq bir ölümcül preparat və 1 doza pentobarbital (yuxu dərmanı) veriləcək.
Yeni edam üsulu ilə cəzalandırılan ilk şəxs 38 yaşlı Endryu Allen Kuk olub. O hələ 1995-ci ildə 2 tələbəni güllələyərək öldürüb. Hökmün yerinə yetirilməsindən əvvəl məhkum olunan şəxs qurbanların ailələrindən və yaxınılarıdan üzr istəyib. Onu da xatırladaq ki, ABŞ dünyada ölüm hökmünün sayına görə 5-ci yeri tutur.

Günəş FƏRHADLI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir