Modern.az

Sabahın -HAVA PROQNOZU

Sabahın -HAVA PROQNOZU

2 Mart 2013, 15:32

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin modern.az-a verdiyi məlumata  görə sabah ölkə ərazisində ytağmursuz hava şəraiti höküm sürəcək.

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Arabir güclənən cənub küləyi günün ikinci yarısında bəzən güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 3-6, gündüz 9-14, bəzi yerlərdə 16 dərəcəyədək isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, gündüz arabir güclənən qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 3-8, gündüz 8-13, bəzi yerlərdə 16 dərəcəyədək isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 3-8, bəzi yerlərdə 10 dərəcəyədək isti olacağı gözlənilir.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü