Modern.az

Gülər Əhmədova özünə ikinci vəkil də tutub

Gülər Əhmədova özünə ikinci vəkil də tutub

5 Mart 2013, 14:00



Həbsdə olan sabiq deputat Gülər Əhmədovanın müdafiəsinə daha bir vəkil qoşulub. Bu barədə  APA-ya vəkil Eldar Qədimi məlumat verib. O, qeyd edib ki, 1 saylı hüquq məsləhətxanasında vəkil işləyən Raqif Məmmədovla müqavilə bağlanılıb: “Müdafiə üçün köməyə ehtiyac olduğu üçün Raqif Məmmədovla da müqavilə bağlanılıb”.

Qeyd edək ki, G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir