Modern.az

2 yaşlı YURD TV: “Peşəkar şəkildə qurulan ilk internet televiziyası bizik”

2 yaşlı YURD TV: “Peşəkar şəkildə qurulan ilk  internet televiziyası bizik”

Mədəni̇yyət

5 Mart 2013, 16:11

Modern.az saytı xəbər verir ki, YURD televiziyasi 2 yaşını qeyd edir. Azərbaycanda ilk tam HD sistemli internet televiziyası olan YURD TV 2011-ci il martında fəaliyyətə başlayıb. Gün ərzində internet vasitəsilə çoxsaylı tamaşaçının izlədiyi bu televiziyamız əsasən informasiya, ictimai-siyasi, sosial istiqamətdə fəaliyyət göstərir. Hər saatda xəbər buraxılışları yayımlanır.
YURD TV-yədək ölkədə Həm “online”, yəni, normal televiziya yayımı həyata keçirən, həm də “offline”, yəni, istənilən zaman istədiyin verilişə baxmaq imkanı təmin edən formatla işləyən və özünə müəyyən bir format seçən televiziya olmayıb.
YURD TV-nin rəhbərliyi bəyan edib ki, dünya təcrübəsini öyrənərək qarşısıya məqsəd qoyublar ki, Azərbaycanda baş verən hadisələri internet vasitəsilə, ətraflı şəkildə həm yerli tamaşaçıya, həm də xaricdəki soydaşlarımıza çatdıra biləcək bir yayım siyasəti qursunlar və qısa zamanda buna nail olublar.

“Azərbaycanda həm texniki, həm də yaradıcılıq baxımından peşəkar şəkildə qurulan ilk internet televiziyası məhz YURD TV-dir.  Hər gün ən azı 8 min, bəzən isə 11-12 min insan YURD TV-nin internet səhifəsinə daxil olur, müxtəlif verilişlərə və xəbər süjetlərinə, buraxılışlarına baxır, həmçinin “online” qaydada efiri izləyir. Ümumiyyətlə, YURD TV Azərbaycanda ən çox izlənilən internet televiziyasıdır”-deyə TV-dən bildirilib.

YURD TV-nin təsisçisi Rüstəm Əliyev deyir: “Fəaliyyətə başlayandan öncə televiziyanın auditoriyasını, onun kimlərin marağında ola biləcəyini müəyyən etmişdik. Yəni, Azərbaycanda nə qədər internet istifadəçisi var, onlar hansı yaş qrupundadır, hansı növ videomateriallarla maraqlanır, hər şey dəyərləndirilmişdi. Təkcə Azərbaycanda deyil, ölkəmizdən kənarda yaşayan soydaşlarımızın da marağını nəzərə almışdıq. Bildiyimiz kimi, hər bir peyk müəyyən ərazini əhatə edir. Yəni, hansısa ənənəvi televiziya peyk vasitəsilə yayımlanırsa, ona heç də dünyanın hər yerində baxmaq olmur. Amma internetlə yayımlanan televiziyanı dünyanın istənilən nöqtəsində, qlobal kompüter şəbəkəsinə çıxış olan hər yerdə izləmək mümkündür. Azərbaycanda həm texniki, həm də yaradıcılıq baxımından peşəkar şəkildə qurulan ilk internet televiziyası məhz YURD TV-dir.  Əsasən xəbər formatında çalışırıq. Çünki 1 il ərzində müxtəlif janrlarda verilişlər hazırlasaq da, gördük ki, xəbərlərə maraq daha böyükdür. Bu amili fəaliyyətimizin 2-ci ilində nəzərə aldıq. Bir sözlə, internet televiziyaçılığını Azərbaycanda populyarlaşdırdıq və bizdən sonra da həmkarlarımız tərəfindən bu istiqamətdə addımlar atılmaqdadır”.

Rüstəm Əliyev əlavə edib ki, “Prezident 2013-cü ili Azərbaycanda informasiya texnologiyaları ili elan etdi. Bu ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan məsələdir və sektorun inkişafına böyük təkan verəcək bir qərardır. İnternetin həm texniki, həm də məzmun baxımından inkişafına ümidlərim böyükdür. İnanıram ki, 2013-cü ildə internet sferasında fəaliyyət göstərən televiziyaların da fəaliyyətində inkişaf və genişlənmə nəzərəçarpacaq dərəcədə hiss olunacaq”.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü