Modern.az

Magistratura imtahanlarının nəticələri açıqlandı

Magistratura imtahanlarının nəticələri açıqlandı

Ölkə

5 Mart 2013, 17:06


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinin magistratura pilləsinə martın 3-də  keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrini açıqlayıb.

Modern.az-ın məlumatına görə, bakalavrlar imtahan nəticələrini komissiyanın internet saytından (//tqdk.gov.az/netmag/ ) öyrənə bilərlər. Azercell, Bakcell və Nar Mobile abunəçiləri olan bakalavrlar 7727 nömrəsinə SMS göndərməklə də nəticələrini əldə edə bilərlər.

TQDK-dan verilən məlumata görə, imtahanda iştirak etmək üçün 21623  bakalavr qeydiyyatdan keçib. Onlardan 526 nəfər imtahana gəlməyib, 20 nəfəri isə qaydalara zidd hərəkətlərə yol verdikləri üçün imtahandan xaric olunub. 
İmtahanda 21077 nəfər iştirak edib. İmtahanda ən yüksək nəticə isə 97 bal olub.

Magistratura pilləsinə qəbul imtahanının ikinci mərhələsi iyunun 23-də keçiriləcək. Magistraturaya proqram seçimi 3-11 iyun, ixtisaslaşma seçimi 26-28 iyunda aparılacaq.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında ali təhsil müəssisələrinin magistratura səviyyəsinə 2013 – 2014-cü tədris ili üçün qəbul imtahanının 3 mart 2013-cü il tarixində keçirilmiş birinci mərhələsinin nəticələri ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün Apelyasiya komissiyası yaradılmışdır. Bakalavrlar Apelyasiya komissiyasına 2013-cü il martın 5-dən 7-dək şəxsiyyət vəsiqələrini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar