Modern.az

“Brest qalası”nın rejissoru adından Modern.az-ın xəbərini yalanlama cəhdi - SÜBUT+FOTO

“Brest qalası”nın rejissoru adından Modern.az-ın xəbərini yalanlama cəhdi - SÜBUT+FOTO

Media

29 Mart 2013, 11:53


Anspress.com  martın 28-də öz səhifəsində “Brest qalası”nın rejissoru “Xoca” haqqında adından yayılan məlumatları uydurma adlandırdı” adlı informasiya yerləşdirib. Məlumatda martın 30-da Moskvada Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə “Bakıfilm”in istehsalı olan “Xoca” filminin təqdimatı barədə xəbər verilib. Bununla yanaşı, prodüser Vaqif Əsədullayevə istinadən sözügedən təqdimatda “Brest qalası” filminin quruluşçu-rejissoru Aleksandr Kottun iştirak edəcəyi də vurğulanıb (Anspress.com-un informasiyasında rejissorun soyadı yanlışlıqla Krot kimi qeyd olunub).

Üstəlik, V. Əsədullayevə istinadən bu da qeyd olunur: “Mən ona (Kotta – red.) dedim ki, internetdə onun “Xoca” filmini tənqid edən müsahibəsi peyda olub. O mənə cavabında “mən heç kimə müsahibə verməmişəm” dedi və bildirdi ki, internetdə bununla bağlı yerləşdirilən hər şey yalan və əsassızdır. Bunun üçün düşünürəm ki, o öz əsl fikrini filmə baxandan sonra bildirəcək”.

Görünən kəndə bələdçi lazım deyil. ““Brest qalası”nın rejissoru “Xoca” haqqında adından yayılan məlumatları uydurma adlandırdı” adlı informasiya Modern.az-ın dünənki “Rusiyalı rejissor “Brest qalası” filmi ilə “Xoca”nın oxşarlığına reaksiya verdi: “Maraqlıdır, amma...”  adlı xəbərinə qarşı yönəlib.
Qeyd edək ki. Həmin xəbər Modern.az-da dərc ediləndən sonra digər saytlar da istinadlə onu yayınladılar.

Modern.az olaraq bununla bağlı qeyd etməliyik ki, V. Əsədullayevin iddiası tam əsassızdır. Belə ki, “Brest qalasının quruluşçu rejissoru Aleksandr Kott Modern.az-ın sorğusunu vk.com sosial şəbəkəsi vasitəsilə cavablandırıb. Sorğuda onun çəkdiyi “Brest qalası” filmi ilə V. Mustafayevin “Xoca” filmi arasında eynilik dərəcəsində olan oxşarlıq, habelə bir sıra ekspertlərin sonuncu filmi plagiatda ittihamlaması və A. Kottun bununla bağlı məhkəmə iddiası qaldırıb-qaldırmayacağı qeyd olunurdu.

A. Kottun vk.com-la göndərdiyi cavab indi də elektron poçt ünvanında qalmaqdadır. “Xoca”dakı plagiat iddialarına kinayəli cavab vermiş quruluşçu rejissorun cavabını orijinalda olduğu kimi, yəni rus dilində təqdim edirik:

“Интересно))) Нет, ничего я предпринимать не буду)))”

Modern.az olaraq başqa şərh və əlavəyə ehtiyac görmürük. Əleyhimizə olan informasiyaya ilə bağlı və bizi əsassız məlumatlar yaymaqda ittiham etmə cəhdi göstərən V. Əsədullayevə isə son söz olaraq bunu bildiririk: qaş düzəldən yerdə gözü də çıxardınız!

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir