Modern.az

Şair Qabillə gecikmiş FOTOSÖHBƏT

Şair Qabillə gecikmiş FOTOSÖHBƏT

Fotosöhbət

12 Avqust 2015, 10:42

Avqustun 12-si mərhum Xalq şairi Qabil İmamverdiyevin doğum günüdür. Qabil 2007-ci il aprelin 4-nə keçən gecə 81 yaşında vəfat edib. Şairin ölümünə ürək çatışmazlığı səbəb olub.
Qabil İmamverdiyev 1926-cı il avqustun 12-də Bakıda anadan olub. 1948-ci ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin dil-ədəbiyyat fakültəsini, 1956-cı ildə Moskvada ali ədəbiyyat kursunu bitirib. Müxtəlif ədəbi-bədii qəzet və jurnallarda, Televiziya və Radio Verilişləri Komitəsində çalışıb. «Gəl baharım» adlı ilk şeiri 1944-cü ildə «Ədəbiyyat və incəsənət» qəzetində çap olunub. İlk şeirlər kitabı - «Səhər açılır» 1950-ci ildə nəşr edilib. O, “Azərbaycan” jurnalı redaksiyasında şeir üzrə ədəbi işçi, baş redaktorun müavini vəzifələrində işləyib. Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının sədri olub. 2006-cı ildə Xalq şairi «İstiqlal» ordeni ilə təltif olunub. Şair həmçinin dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi olub, «Şöhrət» ordeni alıb.

Modern.az saytı Qabillə gecikmiş fotosöhbəti təqdim edir. Şairin şəkillərini redaksiyamıza oğlu Mahir Qabiloğlu təqdim edib.

“Atam - şair Qabil bir müddət Azərbaycan Rəssamlar İttifaqının nəzdində yaradılan adı “Aqitplakat” olan bir təşkilatla əməkdaşlıq edib. Bu iş rəssamların təbliğat xarakterli çəkdiyi şəkillərə 2-4 misralıq şeirlə söz yazmaqdan ibarət idi. 20 ildən sonra mən də bu işə bir baş vurmaq istədim. Amma atamın dilindən... Bilmirəm alındı, ya yox? Baxanlar bilər”-deyə Mahir bəy şəkilaltılar barədə bildirib.  

 

Bu mənəm – 4 yaşında.

 

Anam və mən.

 

Anam Suğra  və atam Allahverdi ilə. Xoşbəxt İmamverdiyevlər ailəsi... 

1937-ci ili ötdük. 12 yaşım var. Artıq evin kişisi mənəm. 

 

Arvadı hərdən sanatoriya və kurorta da aparmaq lazımdır. Hərdən... 

 

Çoban olmaq nə çətinmiş?! 

 

Saz çalan İsa Hüseynovdur.  Məndə isə Fonoqrammadır. 

 

Vallah, özümü yaxşı aparacağam, bacınıza yaxşı baxacağam. Qayınlarımın arasında - ortadayam...

 

Hərdən dəm tutmaq da lazımdır... Balabanda müşayiət edirəm...

 

Qəynim Fikrətin Buzovnadakı evində “Nəsimi”ni yazıram. Fasiləyə çıxmışam. 

 

Musa Yaqub, Cabir Novruz, Qabil, Hökumə Bülluri: Görəsən Tofiq Bayram bu kostyumu hardan alıb? 

 

Heydər müəllim, uşaqlar yaxşı  süfrə açıblar, qutab hazırlayıblar. Gedəyin bir yüz-yüz vurayın. 

 

Nəbadə mənim “dvoynikimi” 41-45-də axtarasınız... 

 

Görəsən onda Səttar Bəhlulzadəyə desəydim ki, sənin bir əsərin 2012-ci ildə 40-50 min manata satılacaq. Ölərdimi? 

 

Şair siqaret çəkəndə daha şairanə görsənir. 

 

Mehdi Hüseyn:  "Yox, Qabil, səndən vəzifə adamı olmaz". 

 

Fikrət Qoca, Anar, Arif Əmrahoğlu mənim təşəbbüsümlə İsa Muğannaya dəyməyə gəldik. Görəsən indi də dəyirlərmi? 

 

Gələcək prezidentlə yüz-yüz vurmağın ayrı ləzzəti var. 

 

Mən elə bilirdim ki, mənə bir dənə “İstiqlal” ordeni vermisiniz. İkincisi də varmış?! 

 

İndi sən mənimlə yüz-yüz vurmayacaqsan? Adın necə oldu? – Hacı Yaşar. 

 

Mən, pişik və qəynim Vaqif. Pişik ortadakıdır! 

 

Gəlinim Sevincin gözündən uzaq.... Şairə Bahar Bərdəli yenə yanımda dayanıb. 

 

AXCP-çilər Cəmil Həsənli, Əli Kərimli, bitərəf Mən. 

 

Bacanaq, ikimizin də saatı qızıldandır eee... 

 

Hacıbala, araq təmizdir? Bəli, Qabil müəllim, Düti-fridən özüm almışam! . 

 

Elşad Abdullayev, sənə heç sözüm yoxdur. Sənə məktub yazan mən, gülü Anara verirsən? 

 

İmamverdiyevlər ailəsi: “polnaya propiska” 

 

Nəvələrim Suğra və Bəyim. Biri anam, biri sonam.

 

– Qabil az iç!
– Haram eləmə!
 

 

Mənəm Qabil. Bu isə nəticəm Qabil. 

 

Anar, görəsən mən də öləndə qəbrimin üstünə gül gətirəcəksən?.. Mən gətirərdim.

 

Allah, məni tez öldürsün, arvadın ölməyini görməyim. 

Ana, yaman darıxmışam səninçün... 

 

Gedim bir az da o dünyanı görüm. Adama gəzmək qalır... 

 

Cəlil Cəlal oğlu Qarayağdı, yaxşı yaratmısan. Halal olsun! 

 

Elçin AĞAYEV

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi