Modern.az

Ən xeyirli meyvə

Ən xeyirli meyvə

13 Mart 2010, 21:26

İngilis alimləri belə hesab edirlər ki, dünyanın ən xeyirli meyvəsi almadır. Alma ürək-damar xəstəliklərinin yaranmasını aradan qaldırmaq, immuniteti gücləndirməklə yanaşı az kalori təşkil edir.
Britaniyalıların fikrincə, almanın tərkibində bir çox xəstəliklərin qarşısını almağa kömək edən, qanda xolesterinin səviyəsini normallaşdıran, çoxlu sayda C vitamini, antioksidantlar mövcuddur.
Alma şirəsi ağız boşluğunda olan bakteriyaların fəaliyyətini neytrallaşdırmağa kömək edən maddələrlə zəngindir.
Bundan əlavə almanın tərkibində olan fitonutrientlər müxtəlif beyin xəstəliklərinin riskini azaldır. Bir alma 70-100 kaloridən ibarət olur.

Amerikan alimlərin apardıqları araşdırmalar zamanı isə sübut olunub ki, başqa meyvələrlə müqayisədə gün ərzində 1 alma yemək döş xərçənginin inkişafı riskini azaldır.
Gün ərzində 5 alma yemək isə respirator xəstəliklərinin yaranma ehtimalını qısaldır.

Danimarkanın Milli institutunun mikrobioloqları hesab edirlər ki, gündə bir alma yemək, həzm prosesini normaya salır və xeyli yaxşılaşdırır.
Həmçinin də bu meyvə, xeyirli bakteriyaların həzm olunmasına da kömək edir.
Gündə alma yemək, bakteriyaların piy turşuluqlarının yaratmasına kömək edir və bağırsaqların balansının normal işləməsini təmin edir.
Pektinlə zəngin olan alma gündəlik rasionda layiqli yer tutmalıdır.
Hər gün alma yemək insanın cavan qalmasına da müsbət təsir göstərir.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı