Modern.az

Zərdüşt Əlizadə: “Elçibəyin DTK sədrilə məxfi görüşünü bilirdim”

Zərdüşt Əlizadə: “Elçibəyin DTK sədrilə məxfi görüşünü bilirdim”

Təhsil

18 Aprel 2013, 10:02

Mərhum eks-prezident Əbülfəz Elçibəyin keçmiş DTK sədri Vaqif Hüseynovla məxfi görüşü ilə bağlı yayılmış informasiya artıq bir neçə gündür mətbuatın gündəmindən düşmür. Məsələyə AMİP lideri Etibar Məmmədov da münasibət bildirərək, Vaqif Hüseynovun bəzi məsələlərdə yanlışlığa yol verdiyini açıqlayıb. 90-cı illərdə Xalq Cəbhəsinin rəhbərliyində olmuş Pənah Hüseyn də təsdiqləyib ki, görüş təklifi keçmiş DTK sədrinin dediyi kimi Ə.Elçibəydən yox, V.Hüseynovun özündən gəlib.

Həmin dövrdə AXC fəallarından olan, politoloq Zərdüşt Əlizadə Modern.az-a açıqlamasında DTK sədri ilə AXC liderinin məxfi təması barədə məlumatlı olduğunu söyləyərək, bunları deyib:

“20 yanvar ərəfəsində Əbülfəz Elçibəylə Vaqif Hüseynov görüşüblər. Uzun müddət müzakirələr aparıblar. Mən bunu bilirdim. Çünki 20 yanvar hadisəsindən sonra Əbülfəz Elçibəy mənə dedi ki, Vaqif Hüseynov ona zəng edibmiş. Amma görüşün detalları barədə bir şey bilmirəm. Məndə mötəbər mənbədən də məlumat var ki, onlar həqiqətən görüşüb danışıblar”. 

Xatırladaq ki, keçmiş DTK sədri Vaqif Hüseynov “Bir ömürdən də çox” memuar kitabında Əbülfəz Elçibəylə görüşünün detalları barədə məlumat verib. Vaqif Hüseynov bildirib ki, bu görüş AXC lideri Əbülfəz Elçibəyin təşəbbüsü ilə baş tutub. Lakin onun dedikləri o vaxtkı AXC fəalları və rəhbərləri tərəfindən birmənalı qarşılanmır.

 

Aqşin Kərimov

Twitter
Sizə yeni tvit var
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı