Modern.az

Ankarada QHT-lərin beynəlxalq forumu başladı - FOTO

Ankarada QHT-lərin beynəlxalq forumu başladı - FOTO

1 May 2013, 14:09


Bu gün Türkiyənin paytaxtı Ankarada “Ankarapalas” otelində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələrinin III Beynəlxalq QHT forumu öz işinə başlayıb.
Foruma 11 ölkədən 70 nümayəndə qatılıb. Azərbaycanı forumda millət vəkili, Azərbaycan Respublikası Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, forumun rəhbəri Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Qeyd edək ki, nümayəndə heyətinə QHT Əməkdaşlıq Alyansının həmsədri Rufiz Qonaqov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Beynəlxalq Əməkdaşlıq Mərkəzinin sədr müavini Xəlil İsmayılov və Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı daxildir. Forumunun birinci hissəsinə “EkoAvrasiya” jurnalının rəhbəri Hikmət Ərən rəhbərlik edir. Forumu giriş sözü ilə açan Azay Quliyev bu tədbirin Ankarada gerçəkləşdirilməsində göstərdiyi səyə görə Türkiyənin millət vəkili İsmayıl Safiyə təşəkkür edib.

A.Quliyev bildirib ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Ölkələri QHT-lərinin üçüncü forumu yüksək səviyyədə təşkil edilib. Eyni zamanda vaxt ayırıb bu foruma qatıldığına görə Türkiyənin baş nazirinin müavininə minnətdarlıq edib.

Azərbaycan deputatı diqqəti 27 noyabr 2012-ci ildə bu forumun Bakıda keçirilən ikinci toplantısına çəkib və qeyd edib ki, o zaman Bakıda  Bəyannamə qəbul edildi, sədr seçildi və Nizamnamə müzakirə olundu.

Bəyannamədə göstərildiyi kimi, QDİƏT –də fəaliyyət göstərən QHT-lərin vətəndaş cəmiyyətinin inkişafına və ölkələrin inkişafına kömək göstərilməsi müsbət haldır. Qlobal dünyada QHT-lərin bütün məsələlərə təsir gücü böyükdür. QHT-lər sülhün və təhlükəsizliyin qorunmasında ölkələr arasında əhəmiyyətli rol oynayır. QDİƏT QHT-ləri enerji, ümumiyyətlə regionda həyata keçirilən əksər layihələrin daha da gücləndirilməsi üçün qarşılıqlı inam və etibarlı olması vacibdir.

Hesab edirəm ki, bizim bir araya gəlməyimizin əsas səbəblərində biri də budur. A.Quliyev bu məqamda QHT Şurası barədə məlumat verib.

O, bildirib ki, qarşıdakı zamanda Şuranın xarici QHT-lərin də layihələrini dəstəkləmək niyyəti var.

Sədr həmçinin III Forumdan böyük gözləntilərin olduğunu deyib. Biz bu gün Nizamnaməmizi qəbul edəcəyik. Növbəti forumun keçiriləcəyi yeri müəyyənləşdirəcəyik. Ümid edirəm ki, forum iştirakçıları forumun inkişafı və daha da güclənməsi üçün böyük səylər göstərəcəklər.

Çıxışının sonuna Azay Quliyev 1 May Əmək bayramı münasibəti ilə tədbir iştirakçılarını təbrik edib və  əminliklə bu forumun uğurlu nəticələrə imza atacağını vurğulayıb.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir