Modern.az

Qarımış qızları necə ərə verməli?

Qarımış qızları necə ərə verməli?

İqtisadiyyat

20 Mart 2010, 13:29

Evdə qarımış qızları necə ərə verməli? Yaponlar bunun da yolunu tapıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki,  qarımış qızların ərə verilməsi problemi Yaponiyada da aktual məsələdir. Gündoğar ölkədə tənha qadınlar nadir hadisə deyil. Yapon qızların 35 yaşdan aşağı hər üçdə biri heç kimlə görüşmür və heç vaxt ailə qurmayıb. Bir çox yapon qızların sadəcə  tanış olmaq və ailə qurmaq imkanı yoxdur. Buna görə də yapon qızların çoxu öz talelərini öz əllərinə alıbılar.

Beləliklə də Yaponiyada qarımış qızların ərə verilməsinə yardım göstərmək üçün xüsusi məktəblər açılıb. Bu məktəblərdə qızlara “kişiləri ovlama” qaydaları öyrədilir. Proqrama özünün yaxşı tərəflərini nümayiş etdirmək bacarığı,  rastlaşdığı insanı qeyri-məcburi ünsiyyətə cəlb etmək bacarığı,  mətbəx yaradıcılığı bacarığı, hətta süfrə masasını necə gözəl təşkil etmək bacarığı daxildir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər