Arxiv
20 Sentyabr 2009, 11:43 |
Ramazan bayramı qeyd edilir

Bu gün müqəddəs Ramazan bayramıdır. Otuz gün ərzində oruc tutmaqla İslam dinin əsas şərtlərindən birini yerinə yetirən dindarlar bununla həm ruhən və cismən saflaşmış oldular, həm də bu müddətdə aclığa qarşı öz iradələrini nümayiş etdirdilər. Ramazan ayı həm də xüsusi tərbiyəvi əhəmiyyətə malikdir. Allah yolunda orucluq tutanların Xudavəndi-Aləm yanında ərzi böyükdür. Həzrəti-Məhəmməd salavatullahın mübarək hədisi-şərifində buyurulur ki, Adəm oğlunun hər əməli özü üçündür. Təkcə orucluqdan başqa. Orucluq Allah üçündür, əvəzini də Allah verir.
Min illərdən bəri qeyd edilən Ramazan bayramı dünya müsəlmanları üçün ən müqəddəs mərasimlərdən sayılır. Oruc tutmaq müsəlmanın riayət etməli olduğu 10 vacib əməldən biridir. Ramazan bayramı Azərbaycanda dini azadlıqların olmadığı Sovet İttifaqı dağılandan sonra yenidən geniş qeyd edilməyə başlayıb. Sovet ideologiyasının 70 il ərzində apardığı antitəbliğat və qadağalar soydaşlarımıza bu müqəddəs mərasimi unutdura bilməyib.
İslam dinində müqəddəs ay sayılan Ramazanda  müsəlmanlar pəhriz saxladıqları üçün Ramazana  «ağlın nəfsə qalib gəldiyi ay» da deyirlər.
Oruc insanın Allaha minnətdarlıq niyyətilə icra etdiyi bir ibadətdir. Bu ayda müsəlmanlar iradəsini gücləndirib, nəfsini tərbiyə etmiş oldular, öz dözümlülüklərini yoxladılar, əxlaqlarını pisliklərdən qorudular.
Bu gün sat 10.00-da Təzəpir məscidində bayram namazı qılındı. Ramazanın adət-ənənəsinə görə, bayram günü müsəlmanlar qohum-əqrəbaları ilə əlaqə saxlamalı, qəbiristanlığa gedərək rəhmətlikləri yad etməli, küsənləri barışdırmalı, uşaqları sevindirməli və digər xeyirxah işlər görməlidirlər. Bundan başqa imkanı olan hər bir müsəlman bayram namazından öncə fitrə sədəqəsi verməlidir. Fitrə bayram namazından qabaq çıxarılmalıdır, əks halda bu, sadəcə sədəqə hesab oluna bilər.
Fitrənin verilməsi adambaşına 1 kq buğda, arpa, xurma, düyü, kişmiş və ya  bu məhsulların orta qiyməti ilə ölçülür. Burada məhsulun qiyməti evdəki insan sayına vurulur və alınan miqdar fəqir-füqəraya verilir.
Bayramınız mübarək!

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ETSN-dən əhaliyə müraciət: “Meşələrimiz hər birimizin evidir, xahiş edirik onu yanğından qoruyun!” 23 Avqust 2019, 19:00 Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi yekunlaşdı     23 Avqust 2019, 18:51 "Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir” - Əli Əhmədov 23 Avqust 2019, 18:40 JuHİ araşdırmaçı jurnalistlər üçün “Təhlükəsiz tədqiqat” seminarı təşkil edib - Foto 23 Avqust 2019, 18:30 “Nar+” ilə hesabınızı daha asan idarə edin!   23 Avqust 2019, 18:20 Azərbaycanın FIFA referisi Çempionlar Liqasının oyununa təyinat alıb 23 Avqust 2019, 18:11 İlham Əliyev Vladimir Zelenskini təbrik etdi 23 Avqust 2019, 17:59 İstirahət günlərinin HAVASI – Yağış yağacaq, şimşək çaxacaq 23 Avqust 2019, 17:43 Növbəti 3 gün üçün manatın məzənnəsi 23 Avqust 2019, 17:37 “Sərhədçilərimizin irəli çəkdiyi yeni mövqelərə qalxdıq” - Qarabağ veteranı Qazaxda gördüklərindən DANIŞDI 23 Avqust 2019, 17:35 Qəbələdəki yanğınlara helikopter və təyyarə cəlb edilib 23 Avqust 2019, 17:34 “Relaks”da vergi yoxlamaları dayandı? - İcra hakimiyyətindən AÇIQLAMA 23 Avqust 2019, 17:24 Siyavuş Novruzov Facebook-a gəldi: “Sosial mediada olmağa qərar verdim” 23 Avqust 2019, 17:15 Peşə məktəblərinə sənəd qəbulunun II turu keçiriləcək 23 Avqust 2019, 17:10 Bakıda 50 ədəd şam ağacı yandı 23 Avqust 2019, 16:57 ADU-ya qəbul olunan imkansız tələbə: “Heç ümidim yox idi...” - FOTO 23 Avqust 2019, 16:49 Dövlət Komitəsində Füzuli və Cəbrayılın işğalı günü anıldı 23 Avqust 2019, 16:46 “Gəncə işi”nə görə tutulanlardan biri azad olundu 23 Avqust 2019, 16:38 Putin Ərdoğanla İdlibi müzakirə etdi 23 Avqust 2019, 16:35 Sabah Fransada G7 sammiti başlayacaq 23 Avqust 2019, 16:31 Şəmkirdə 31 yaşlı kişi küçədə bıçaqlandı 23 Avqust 2019, 16:19 Sülhün Səfiri - Etibar Cəbrayıloğlu YAZIR 23 Avqust 2019, 16:10 Yol polisindən sürücülərə XƏBƏRDARLIQ - “Bu günlərdə səfərə çıxmayın!” 23 Avqust 2019, 16:05 Bir şəklin tarixçəsi: Qabil, Xəlil Rza, Tofiq Bayram “Sonuncu dərviş”in evində… 23 Avqust 2019, 15:50 Bəşəriyyəti Dünya müharibəsi ilə üzbəüz qoyan müqavilədən 80 il ötür - TARİX 23 Avqust 2019, 15:34 Azərbaycanlı hakim Çempionlar Liqasının oyunlarını idarə edəcək 23 Avqust 2019, 15:27 Azərbaycanın xarici dövlət borcu açıqlandı - 8 milyard 920 milyon  23 Avqust 2019, 14:53 Şəhid ailələrinin sosial məsələləri ictimailəşdirilib 23 Avqust 2019, 14:30 Ermənistanın öz adından qondarma “DQR”ə aid məktub yollaması ilk dəfə deyil - ŞƏRH 23 Avqust 2019, 14:23 Azərbaycan Rusiyadan ən çox maşın alan ölkələr sırasında – SİYAHI 23 Avqust 2019, 14:19 Binə sakinini bıçaqlayan şəxs tutulub 23 Avqust 2019, 13:57 Cəbrayıllı həkimlər humanitar aksiya keçirdilər - FOTOLAR 23 Avqust 2019, 13:56 Cəbrayıl və Füzulinin işğal günü Şəhidlər Xiyabanında anıldı - FOTOLAR 23 Avqust 2019, 13:47 Fransa Azərbaycan yeni səfir təyin etdi 23 Avqust 2019, 13:46 Putin vacib müraciət edəcək – Detallar açıqlanmır 23 Avqust 2019, 13:44