Modern.az

BMT-nin Azərbaycandakı nümayəndəsi Tərtərdə olub

BMT-nin Azərbaycandakı nümayəndəsi Tərtərdə olub

3 Aprel 2010, 12:59

4 aprel Mina təhlükəsinə qarşı beynəlxalq mübarizə günü ilə əlaqədar BMT-nin Azərbaycandakı nümayəndəliyinin İctimai İnformasiya Departamentinin rəhbəri Envera Selimoviç, sözügedən qurumun nümayəndəsi İqrar Əliyev və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu Tərtərin Borsunlu kəndində səfərdə olublar. Yerli əhali və minadan zərərçəkənlərlə görüşən E. Səlimoviç onların yaşam tərzi ilə maraqlanıb. Bu barədə Modern.az-a BAMF-ın informasiya departamentindən məlumat verilib.

 

 

U. Rəhimoğlu yerli əhalinin mina təhlükəsi ilə üz-üzə qaldığını bildirərək, mina təhlükəsizliyi ilə əlaqədar Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin və BAMF-ın gördüyü işlərdən danışıb. Qonaqlar kəndin mərkəzi küçələrindən birində Mina Təhlükəsizliyinə dair maarifləndirmə lövhəsinin yerləşdirilməsi mərasimində də iştirak ediblər.

 

 

Əslən Bosniyadan olduğunu, buna görə də mina təhlükəsi probleminin, qaçqın-köçkün ağrısının ona tanış olduğunu deyən E.Selimoviç Azərbaycanın dinc sakinlərinin müharibədən qalma mina və partlamamış sursatlardan zərər çəkməməsi üçün BMT-nin bundan sonra da layihələr həyata keçirəcəyini bildirib.

 

 

Tədbirdə BMT-nin mina təhlükəsizliyi ilə bağlı hazırladığı film nümayiş olunub, BMT-nin baş katibi Ban Ki Munun 4 aprel - mina təhlükəsinə qarşı beynəlxalq mübarizə günü ilə bağlı müraciəti oxunub və müraciətin mətni yerli əhaliyə paylanıb. 

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir