Modern.az

“Mətbuatı məhkəmələrdən qoruyaq” adlı komitə işçi qrupu yaradacaq

“Mətbuatı məhkəmələrdən qoruyaq” adlı komitə işçi qrupu yaradacaq

6 Aprel 2010, 16:16

 

Bir qrup jurnalist “Mətbuatı məhkəmələrdən qoruyaq” adlı Müdafiə Komitəsi yaradıb. Müdafiə Komitəsi aprelin 6-da Repartiyorların Azadlıq və Təhlükəsizlik  İnistutunda mətbuat konfransı keçirib. Qurumun təsisçilərindən olan Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu bildirib mətbuatın məhkəmələrə çəkilməsi tendensiyası bir müddət dayandırılsa da, bu, uzun sürmədi. Onun sözlərinə görə, həftəlik nəşr olunan “Ölkə”qəzetinin “Milli Birlik” hərəkatının lideri Lalə Şövkət tərəfindən məhkəməyə verilməsi və bu nəşrin fantastik məbləğdə-500 min manat cərimə olunmasına dair iddia təəssüf  doğurur. “Acınacaqlı hal  həm də odur ki, iddiaçı tərəf ölkədə söz və mətbuat azadlığının  müdafiəsinə dayandığını, demokratiyanın inkşaf etməsində maraqlı olduğunu dəfələrlə bəyan etmiş şəxsdir”.

C.Musaoğlu “Yeni Müsavat”ın akademik Cəlal Əliyev  tərəfindən məhkəməyə verilməsinə, qəzetin baş redaktorunun birinci muavini Azər Ayxanın həbs olunma tələbinə də diqqət çəkib. “Bu kimi hallar onu göstərir ki, mətbuata qarşı məhkəmə iddiaları  bundan sonra ardıcıl hal ala bilər”-deyə o, bildirb.

“Ölkə”qəzetinin baş redaktoru  Rəfael Zülfüqarlı deyib ki, qəzetdə gedən “Madam” ləqəbli “KQB” zabiti kimdir?” başlıqlı məqalədə müəllif Lalə Şövkətin adını çəkməyib: “Onun bizi məhkəməyə verməsinin səbəbini özüm də düşünüb tapa bilmirəm”. Baş redaktor bildirib ki, məhkəməyə iddiası və 500 min manatlıq cərimə tələbi  absurd istəkdir. 

Lalə Şövkət barədə məqalənin müəllifi, “Ölkə”qəzetinin əməkdaşı Orxan Sultanəli deyib ki, uzr istəmək fikri yoxdur: “Mən elə düşünürəm ki, dövlətə rəhbərlik iddiası olan bir şəxs adicə bir yazıya reaksiya verirsə , o, Prezident olsa hamımızı gülləliyər”.

Sonda Müdafiə Komitəsi mübahisə tərəflərinin sülhə gətirilməsi üçün işçi qrupu yaradılacağını bəyan edib. Mail

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi