"Fiçzilla" ağaclara dırmanır, quruda 4 gün yaşayır, önünə çıxan hər şeyi yeyir
Avstraliyada vəhşi həyatı tədqiq edən elm adamları adı "Fiçzilla" olaraq bilinən canavar balığın özünə tay bir rəqibi olmadığı qərarına gəliblər. Belə ki, sözügedən balıq quruda tam dörd gün boyunca yaşaya bilmə qabliyyətinə sahibdir. Üzgəclərindən istifadə edərək yeriməyə bənzər bir hərəkət edir, önünə çıxan hər şeyi yeyir, hətta ağaca dırmanmağı bacara bildiyi üçün digər canlı növləri üçün böyük bir təhlükə hesab olunur.
Avstraliyanın Queensland əyalətinə qədər gələn balığın, ölkənin digər bölgələrinə keçməsindən əndişə edirlər.
National Geographic tərəfindən "Fiçzilla" olaraq adlandırılan "Snakehead" balığının boyu bir metrəyə qədər çıxa bilir.