Modern.az

Tələbələr üçün “planetimizi tanıyaq” adlı seminar keçirilib

Tələbələr üçün “planetimizi tanıyaq” adlı seminar keçirilib

Qarabağ

13 Aprel 2010, 13:04

Tələbələrin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyi və Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi RATİ-nin mətbuat mərkəzində tələbələr üçün “Planetimizi Tanıyaq” adlı seminar təşkil edib. İki hissədən ibarət olan seminarda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya İdarəsinin əməkdaşı Ramil Rüstəmov və Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin rəhbəri Rövşən Əkbərov “Kainatdakı Həssas Tarazılıqlar və Ekoloji Sfera” və “Biomimetika - Təbiətin Texnologiyası” barədə tələbələri məlumatlandırıblar.

Hər iki təşkilat arasında əldə olunan razılığa görə bu tədbirlərn davam etdirilməsi nəzərdə tutulur.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir