Arxiv
29 Sentyabr 2009, 12:10 | TƏHSİL
Türkdilli Ölkələrin Parlament Assambleyasının Bakı Bəyannaməsi qəbul edilib

Bakıda keçirilən Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) sammiti öz işini bu gün davam etdirib. Sammitdə Azərbaycan tərəfi ilə yanaşı, Türkiyə Böyük Millət Məclisinin sədri Mehmet Əli Şahin, Qazaxıstan Parlamenti Məclisinin sədri Oral Muxamedjanov və Qırğızıstan parlamentinin sədri Aytibay Taqayev iştirak edirlər. Modern.az xəbər verir ki, sentyabrın 29-da səhər Milli Məcisdə Türkdilli Ölkələrin Parlament Assambleyasının I plenar iclası başlayıb. İclasın gündəliyində TürkPA-nın daimi katibliyinin yaradılması, Baş katib və müavinlərin seçilməsi, qurumun nizamnaməsinin qəbul edilməsi və Bakı bəyannaməsinin imzalanması dururdu.

Bu günkü iclasda Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov çıxış edib.  O.Əsədov əvvəlcə Ermənistanın Azərbaycana təcavüzü, Qarabağ problemi barədə danışıb.

Sonra Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılmasının əhəmiyyətini qeyd edib. Bildirib ki, assambleyanın yaradılması dili, dini, adət-ənənələri, müştərək keçmişi olan xalqların daha da yaxınlaşması istiqamətində yeni bir addımdır. O, bu qurumun türkdilli ölkələr, eləcə də onların qanunverici orqanları arasında əməkdaşlığın möhkəmləndirilməsi, mühüm məsələlərdə ortaq mövqedən çıxış edilməsi baxımından çox önəmli olacağını söyləyib.

Qazaxıstan Parlamenti Məclisinin sədri Oral Muxamedjanov isə əmin olduğunu bildirib ki, TürkPA-nın ATƏT, Avropa Şurası Parlament Assambleyası, İslam Konfransı Təşkilatı kimi nüfuzlu quruma çevriləcəyinə inanır.

Qırğızıstan parlamentinin sədri Aytibay Taqayev bildirib ki, qurum üzvləri qarşıya çıxan təhlükələri birgə dəf etməlidirlər. O, Türkdilli Ölkələrin Parlament Assambleyasının gələcəkdə genişləndirilməsinin vacibliyindən də danışıb. İclasın sonunda Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Ramil Həsənov TürkPA-nın baş katibi seçilib, digər üç dövlətdən isə müavinlər müəyyənləşdirilib. Toplantıda TürkPA-nın katibliyinin nizamnaməsi, əsasnaməsi və büdcəsi təsdiqlənib. Bundan başqa, sammitin yekun Bakı Bəyannaməsi də qəbul edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sədərəkdəki yanğın avtobusların hərəkətini məhdudlaşdırdı 18 Fevral 2020, 09:53 Koronavirus şübhəsilə xəstəxanaya yerləşdirilən tələbələr evə buraxıldı - RƏSMİ 18 Fevral 2020, 09:48 Dünyanın qəribə dəfn adətləri – ölü ilə rəqs, striptiz, ərləri üçün özlərini yandıran qadınlar… 18 Fevral 2020, 09:42 "Sədərək" Ticarət Mərkəzində yanğın məhdudlaşdırılıb - YENİLƏNİB 18 Fevral 2020, 09:37 General Etibar Mirzəyev yanğın yerində - VİDEO 18 Fevral 2020, 09:36 “Sədərək”dəki yanğından 9 nəfər zəhərləndi, 1-i xəstəxanaya yerləşdirildi - FOTO - VİDEO 18 Fevral 2020, 09:30 19 yaşlı gəlin xaşdan zəhərləndi 18 Fevral 2020, 09:23 Ağcabədidə ağır yol qəzası - Ölən var 18 Fevral 2020, 09:17 Cəbhədə gərginlik artıb - düşmən snayperləri işə saldı 18 Fevral 2020, 09:16 Orta məktəblərdə summativ qiymətləndirmənin qaydaları DƏYİŞDİRİLDİ 18 Fevral 2020, 09:05 Ağır xəstəliyin asan müalicəsi TAPILDI 18 Fevral 2020, 08:58 Çempionlar Liqasının 1/8 final mərhələsi BAŞLAYIR 18 Fevral 2020, 08:40 Çində koronavirusdan ölənlərin sayı 1868 nəfərə çatıb 18 Fevral 2020, 07:56 Parisdə kütləvi etirazlar başladı 18 Fevral 2020, 01:07 Koronavirusu müalicə edən həkim də öldü 18 Fevral 2020, 00:43 Cinayətkar qrupunun silahlıları saxlanılıb 18 Fevral 2020, 00:29 Çempionlar Liqasında 1/8 final mərhələsi başlayır 18 Fevral 2020, 00:13 Bakıda qayınata və kürəkən bıçaqlanıb 17 Fevral 2020, 23:58 Rusiyanın bu bölgəsinə Azərbaycandan təyyarələrlə pomidor daşınır 17 Fevral 2020, 23:43 Türkiyə və Rusiya diplomatları danışıqlara sabah davam edəcək 17 Fevral 2020, 23:26 Azərbaycan alimləri İsveçrədə beynəlxalq elmi konfransa qatılıb 17 Fevral 2020, 23:08 Hacıqabulda avtomobil dirəyə çırpıldı: xəsarət alan var 17 Fevral 2020, 22:53 Azərbaycanlı köçkünlərin problemi Beynəlxalq Konfransda qaldırıldı 17 Fevral 2020, 22:37 Karib dənizində təyyarə qəzaya uğradı 17 Fevral 2020, 22:21 25 ölkədə 694 nəfər koronavirusa yoluxdu 17 Fevral 2020, 22:06 Bakıda dəhşətli qəza ölümlə nəticələndi 17 Fevral 2020, 21:49 İdxal edilən spirtli və energetik içkilər üçün aksiz dərəcələr artırılıb 17 Fevral 2020, 21:33 "İrəvana hər gün tabutlar getməlidir" - Qüdrət Həsənquliyev 17 Fevral 2020, 21:17 Tanınmış jurnalist xidmət rəhbəri təyin edilib 17 Fevral 2020, 21:06 Avropa İttifaqı Suriyaya qarşı sanksiyalarını genişləndirib 17 Fevral 2020, 20:56 Ali təhsil müəssisələrinə qəbul qaydalarında dəyişiklik - RƏSMİ 17 Fevral 2020, 20:46 Ramil Şeydayevin "Sabah"a keçidi rəsmiləşdi 17 Fevral 2020, 20:33 Gömrükdə 6000 ədəd "King" markalı siqaret aşkarlandı 17 Fevral 2020, 20:17 Lənkəranda bank ofisində tüstülənmə 17 Fevral 2020, 20:04 “Şahdəniz” qazının ixracı 15% artıb 17 Fevral 2020, 19:56